eSIM işləyirsə, lakin internet sürəti həddən artıq aşağıdırsa, eSIM bağlantı sürətinə bir neçə amil təsir etmiş ola bilər.
- Şəbəkənin yüklənməsi (çox sayda insan eyni anda eyni şəbəkədən istifadə edir)
- Operator tərəfindən prioritetləşdirmə (yerli operatorlar prioriteti öz istifadəçilərinə verə bilərlər)
- Yerli siqnal və əhatə zonası
- Cihaz konfiqurasiyası və ya köhnəlmiş proqram təminatı
Bağlantını təkmilləşdirmək üçün aşağıdakı nasazlıqların aradan qaldırılması addımlarını sınayın.
Aşağısürətli internet problemini necə həll edə bilərəm?
Yavaş internet sürətini düzəltmək üçün aşağıdakı addımları ata bilərsiniz, hər bir addımdan sonra internetin sürətinin artıb-artmadığını yoxlayın.
Əhatə dairəsini yoxlayın
eSIM-in istifadəsi üçün nəzərdə tutulan ölkə və ya regionda olduğunuzu dəqiqləşdirin.
Məsələn, Fransa eSIM-i yalnız Fransada işləyəcək.
Mobil bağlantınızı sıfırlayın
Uçuş rejimini aktivləşdirin, 30 saniyə gözləyin, sonra söndürün.
Bu, telefonunzu yenidən lokal şəbəkəyə qoşulmağa vadar edir.
Cihazınızı yenidən başladın
Cihazınızı tam söndürün, bir dəqiqə gözləyn və yenidən işə salın.
Bu, şəbəkə bağlantınızı yeniləyir və müvəqqəti problemləri aradan qaldırmağa yardım edir
Şəbələni əllə seçin
Avtomatik şəbəkə seçimi aktivdirsə, onu söndürməyi və dəstəklənən şəbəkələrdən birini əllə seçməyi sınayın.
Planınızda çox sayda şəbəkə dəstəklənirsə, hansının daha yaxşı işlədiyini görmək üçün hər bir şəbəkəni yoxlayın.
eSIM-in qoşula biləcəyi şəbəkələri quraşdırma təlimatlarının "Trafikə çıxış" bölməsində tapa bilərsiniz. Şəbəkəni əllə seçmək üçün şəbəkə seçimi ilə əlaqədar addımlar yerinə yetirin
3G-yə keçin (Dəstəklənirsə)
eSIM və cihazınız 3G-ni dəstəkləyirsə yalnız 3G rejiminə keçməyi sınayın. Bu, 4G, 5G və ya LTE əhatə dairəsinin zəif və ya qeyri-stabil olduğu yerlərdə şəbəkə stabilliyini təkmilləşdirməyə kömək edir. Bağlantı stabilləşdikdən sonra 4G və ya daha güclü şəbəkələrə qayıda bilərsiniz.
Şəbəkənizi sıfırlayın
Şəbəkə parametrlərinizin sıfırlanması Wi-Fi şəbəkələri, VPN-lər və ya yanlış APN parametrləri kimi bağlantıya mənfi təsir edə biləcək köhnəlmiş və ya konfliktli konfiqurasiyaların təmizlənməsi ilə aşağı sürəti artıra bilər. Bu, cihazınıza mobil şəbəkəyə yenidən və düzgün qoşulmaq üçün təmiz başlanğıc təmin edir və çox vaxt daha yaxşı sürət və daha stabil işlə nəticələnir.
Vacib qeyd: Bu addım aşağıdakılar daxil olmaqla, bütün şəbəkə parametrlərinizi sıfırlayır:
- Yadda saxlanan Wi-Fi şəbəkə və şifrələri
- VPN konfiqurasiyaları
- APN (Qoşulma nöqtəsi adı) parametrləri
Nəzərə alın ki, yalnız sıralanan bütün parametrləri yenidən daxil etmək sizin üçün rahat olduğu halda şəbəkənizi sıfırlayın.
Cihazınızı yeniləyin
Telefonunuzda ən yeni proqram təminatı versiyasından istifadə edildiyini dəqiqləşdirin.
Hər hansı şəxsi məlumatın silinməsinin qarşısını almaq üçün yeniləmədən əvvəl məlumatlarınızın ehtiyat nüsxəsini yaradın.
Başqa hansı cihaz parametrlərini yoxlamalıyam?
Rouminqdə trafik
Bəzi eSIM-lər rouminqdə traifiki aktivləşdirməyi tələb edir — onu cihaz parametrlərində aktivləşdirə bilərsiniz. Tələb olunduqda, eSIM-də rouminqdə trafiki aktivləşdirmək üçün "Trafikə çıxış" bölməsinin altında göstərilən addımlara əməl edin.
iOS cihazlarında ayrı-ayrı SIM-lərdə rouminqdə tradiki söndürə bilərsiniz — rouminq xərclərindən yayınmaq üçün onun əsas SIM-də söndürüldüyünə əmin olun.
Android cihazlarında rouminqdə trafik adətən istifadə olunan bütün SIM-lərə aid olur — rouminq xərclərindən yayınmaq üçün onun əsas SIM-də söndürüldüyünə əmin olun.
APN (Qoşulma nöqtəsi adı)
Bəzi eSIM-lər cihaz parametrlərində müəyyən Qoşulma nöqtəsi adı və APN-in daxil edilməsini tələb edir. Bunu tətbiqdə quraşdırma təlimatlarında yoxlaya bilərsiniz — əksər hallarda APN avtomatik quraşdırılır.
Avtomatik olaraq quraşdırılmadığı halda APN-i kopiyalamaq və yerləşdirmək üçün "Trafikə çıxış" bölməsinin altında göstərilən addımları izləyin.
Başqa hər hansı sualınız varsa və ya əlavə yardım lazımdırsa, dəstək komandamızla əlaqə saxlayın — 24/7 sizə məmnuniyyətlə yardım etməyə hazırıq.