Bütün Samsung Galaxy cihazlarında eSIM dəstəklənmir. Quraşdırmazdan əvvəl cihazınızın:
- eSIM-ləri dəstəklədiyini
- operator kilidinin olmadığını
- stabil internet bağlantısının olduğunu dəqiqləşdirin
Samsung Galaxy cihazınızda eSIM-lərin dəstləklənib-dəstəklənmədiyini və operator kilidinin olub-olmadığını yoxlamaq üçün bu məqalədəki addımlara əməl edin.
eSIM-in əl ilə quraşdırılması üçün təlimatları Airalo tətbiqində harada tapa bilərəm?
Onu bu iki yerdən birində tapa bilərsiniz:
- eSIM-lərim > eSIM-iniz > Təfərrüatları göstər > eSIM-inizdən necə istifadə etməli > eSIM-i necə quraşdırmalı > Əl ilə
- VƏ YA eSIM-lərim > eSIM-iniz > Təfərrüatları göstər > Quraşdırma təlimatlarını göstər > Əl ilə
Samsung Galaxy cihazımda necə eSIM quraşdıra bilərəm?
- Parametrləri açın
- Bağlantılar seçimini edin
- SIM meneceri seçin
- eSIM əlavə et seçimini edin
- "QR kodu oxut", sonra isə "Aktivləşdirmə kodunu daxil et" seçimini edin
- Airalo tətbiqindən Aktivləşdirmə kodunu kopiyalayın və sahəyə yerləşdirin.
- Hazırdır və Əlavə et seçin
- eSIM aktivləşənə qədər bir neçə dəqiqə gözləyin
Qoşulma təlimatlarını Airalo tətbiqində harada tapa bilərəm?
Onu bu iki yerdən birində tapa bilərsiniz:
- eSIM-lərim > eSIM-iniz > Təfərrüatları göstər > eSIM-inizdən necə istifadə etməli > Şəbəkəyə qoşul > Necə qoşulmalı
- VƏ YA eSIM-lərim > eSIM-iniz > Təfərrüatları göstər > Quraşdırma təlimatlarını göstər > Hissə 2/2
eSIM ilə Samsung Galaxy cihazımı mobil internetə necə qoşa bilərəm?
- Açın: Parametrlər > Bağlantılar
- Əvvəl Mobil interneti, sonra eSIM-inizi seçin
- Zəruri olduqda, Rouminqdə trafiki aktivləşdirin (tətbiqdə eSIM-inizin qoşulma təlimatlarını nəzərdən keçirin)
Başqa quraşdırma metoduna üstünlük verirsiniz?Aşağıdakı digər quraşdırma metodlarından istifadə edə bilərsiniz:
Airalo eSIM kartını Samsung Galaxy cihazıma birbaşa necə quraşdıra bilərəm?
Airalo eSIM kartını Samsung Galaxy cihazıma QR kod vasitəsilə necə quraşdıra bilərəm?