eSIM-i nə vaxt almalıyam?

Paketi istədiyiniz qədər tez ala bilərsiniz – istifadə müddəti eSIM quraşdırılana və ya şəbəkəyə qoşulana qədər başlamayacaq.

Əslində, eSIM-i mümkün qədər tez almağı tövsiyə edirik. 

eSIM-i nə üçün əvvəlcədən almalıyam?

eSIM-i əvvəlcədən aldıqda, onu nə zaman quraşdıracağınızı planlaşdıra bilərsiniz. 

eSIM-in quraşdırılması stabil internet bağlantısı tələb edir — səyahət edən zaman etibarlı internet bağlantısı tapmaq çətin ola bilir.

Bundan əlavə, eSIM-i əvvəlcədən almaq və quraşdırmaq sizə xaricdə olan zaman əsas provayderinizin potensial rouminq haqqından yayınmağa kömək edə bilər.

Hansı hallarda eSIM almaq üçün gözləməliyəm?

Təkrar istifadə siyasəti tətbiq edilən eSIM-i almağa tələsməyə bilərsiniz. 

Bəzi eSIM provayderləri eSIM-lərin alındıqdan sonra konkret dövrdə istifadə edilməsini tələb edirlər — yəni eSIM yalnız cihazda quraşdırılmalı deyil, aktiv surətdə şəbəkəyə qoşulmalıdır.

eSIM həmin dövr ərzində istifadə edilmədikdə, təkrar istifadəyə verilir — yəni o artıq satın alan şəxs tərəfindən istifadə edilə bilməz.

eSIM-ə təkrar istifadə siyasətinin tətbiq edilib-edilmədiyini öyrənmək üçün eSIM-i almazdan əvvəl əlavə məlumatları nəzərdən keçirə bilərsiniz.

Hər hansı sualınız varsa, dəstək komandamızla əlaqə saxlayın — 24/7 sizə yardım etməyə hazırıq.

 

Əlaqədar suallar

Digər mövzular

Müəllif hüquqları Airalo © 2021
  • x