Android cihazımın eSIM funksiyasını dəstəkləyib-dəstəkləmədiyini necə yoxlaya bilərəm?

Cihazın eSIM-ə uyğun olub-olmaması istehsalçının öz cihazlarına eSIM daxil edib-etməməsindən asılıdır. Buna görə də bizdə asan yoxlama üçün eSIM-uyğun cihazların siyahısı var.

Lakin bəzi hallarda cihazlar bu siyahıya daxil olsa da, eSIM texnologiyasını dəstəkləmir. 

Android açıq mənbəli əməliyyat sistemidir, yəni hər hansı mobil cihaz istehsalçısı və ya operator onu fərdləşdirə bilər. Bəzi ölkə və regionlarda eSIM funksiyası olmayan modellər buraxılmış ola bilər. Yaxud cihazı aldığınız operator eSIM funksiyasını aktivləşdirməmiş ola bilər.

Android cihazınızın eSIM texnologiyasını dəstəkləyib-dəstəkləmədiyini yoxlamaq üçün aşağıdakı addımları yerinə yetirin. Nəzərə alın ki, addımlar cihazınıza aid ola və ya olmaya bilər. eSIM-lə istifadəyə yararlılığı təsdiq etməyin ən yaxşı yolu yenə də cihazınızın istehsalçısı, satıcısı və ya əsas operatorunuz vasitəsilə dəqiqləşdirməkdir.

Samsung Galaxy cihazlarında:

  1. Parametrlər tətbiqini AÇIN, Bağlantılara TOXUNUN.
  2. SIM MenecerəTOXUNUN.
  3. “eSIM əlavə et” seçimi mövcuddursa, böyük ethimalla cihazınız eSIM texnologiyasını dəstəkləyir.

Yuxarıdakı addımların cihazınız üçün mümkün olub-olmadığını təsdiqləmək üçün provayderiniz və ya cihaz istehsalçınızla əlaqə saxlamağı unutmayın.  

Google Pixel cihazlarında:

  1. Parametrlər tətbiqini AÇIN, Şəbəkə və internetə TOXUNUN.
  2. SIM kartların yanında + işarəsinə TOXUNUN.
  • "Mobil şəbəkəyə qoşul" səhifənizdə "Əvəzində SIM endir" seçimi varsa, cihazınız eSIM-lə istifadə üçün uyğundur.

Yuxarıdakı addımların cihazınız üçün mümkün olub-olmadığını təsdiqləmək üçün provayderiniz və ya cihaz istehsalçınızla əlaqə saxlamağı unutmayın.  

Android cihazları:

  1. *#06# YIĞIN və zəng düyməsini basın.
  2. Cihazınız eSIM-lə istifadə üçün uyğundursa, cihazınızın unikal eSIM identifikasiya nömrəsini (EID) görə bilməlisiniz. 

 

eSIM-dən istifadə etmək üçün cihazınız həmçinin operator tərəfindən kiliddən çıxmalıdır. Bu sizə müxtəlif operatorlara aid çoxsaylı SIM və/və ya eSIM-lərdən istifadə imkanı yaradır. Android cihazınızın kilidinin açıq olduğunu dəqiqləşdirmək üçün aşağıdakı addımları yerinə yetirin. 

  1. Telefonunuzun SIM kartını kənarlaşdırın.
  2. SIM kartı başqa operatorun başqa SIM kartı ilə əvəzləyin. 
  3. İndi əsas ekranınıızın yuxarısında operator adının dəyişdiyini görə biləcəksiniz.
  4. İndi bir zəng edin.

Zəng qoşulursa, telefonunuzun kilidi açıqdır. Bu dəqiqə zəng edə bilmirsinizsə, telefonunuz ilk operatorunuza bağlıdır. Bu zaman ekranda telefonun kildili olduğunun qeyd edildiyi bildiriş də görə bilərsiniz.

Hələ də əmin deyilsinizsə, eSIM-lə istifadəyə yararlılığı təsdiq etmək üçün cihazınızın istehsalçısı, satıcısı və ya əsas operatorunuzla əlaqə saxlamağı unutmayın. 

Hər hansı sualınız varsa, dəstək komandamızla əlaqə saxlayın, sizə məmnuniyyətlə yardım edəcəyik!

Əlaqədar suallar

Digər mövzular

Hələ də kömək lazımdır?

Müştəri dəstəyi komandamızla əlaqə saxlayın, ən qısa müddətdə sizə cavab verəcəyik.
Bizə mesaj göndərin
Müəllif hüquqları Airalo © 2021
  • x