Samsung Galaxy cihazımda necə eSIM quraşdıra bilərəm?

Bütün Samsung Galaxy modelləri eSIM texnologiyasını dəstəkləmir, ona görə də başlamazdan əvvəl cihazınızın eSIM funksiyasını dəstəkləyib-dəstəkləmədiyini yoxlamaq faydalı ola bilər. Galaxy cihazınızın eSIM texnologiyasını dəstəkləyib-dəstəkləmədiyini yoxlamaq üçün bu məqalədə göstərilən addımları izləyin.

Samsung Galaxy cihazınızın eSIM texnologiyasını dəstəklədiyini operator kilidinin olmadığını təsdiq etdikdən sonra eSIM qurmaq üçün bu addımları izləyə bilərsiniz.

I. Hazırlıq

  1. Airalo hesabınıza DAXİL OLUN.
  2. Mənim eSIM kartlarım bölməsinə keçin.
  3. Quraşdırmaq istədiyiniz eSIM üzərində Təfərrüatlar düyməsinə TOXUNUN.
  4. “eSIM/İnternetə çıxş quraşdır”-a TOXUNUN.

  5. Birbaşa, QR kod və ya Əl ilə quraşdırılmaya toxunmaqla üstünlük verdiyiniz quraşdırılma metodunu SEÇİN. QR kod və ya Əl ilə quraşdırılma halında QR kodu əks etdirmək üçün fərqli cihazdan istifadə edin və ya quraşdırılma kodunu kopiyalayın. 

II. Birbaşa quraşdırılma

  1. Airalo tətbiqində Mənim eSIM kartlarıma KEÇİN.
  2. Quraşdırmaq istədiyiniz eSIM üzərində Təfərrüatlar düyməsinə TOXUNUN.
  3. “eSIM/İnternetə çıxş quraşdır”-a TOXUNUN.
  4. “Birbaşa” seçimini edin, sonra isə “eSIM quraşdır”a TOXUNUN
  5. “İcazə ver”-ə TOXUNUN.
  6. eSIM uğurla quraşdırıldıqdan sonra Parametrlərə KEÇİN. 
  7. Bağlantıya TOXUNUN.

  8. SIM menecerə TOXUNUN.
  9. Mobil internetə toxunun və quraşdırdığınız eSIM-i seçin.

III. Əl ilə quraşdırma

  1. Parametrlərə KEÇİN. 
  2. Bağlantılara TOXUNUN.
  3. SIM MenecerəTOXUNUN.
  4. TOXUNUN: “eSIM əlavə et”.

  5. “Xidmət təminatçısından aldığınız QR kodu oxudun”a TOXUNUN.
  6. TOXUNUN: “Aktivləşdirmə kodunu daxil et”.
  7. Airalo tətbiqində eSIM təfərrüatlarında tapa biləcəyiniz aktivləşdirmə kodunu DAXİL EDİN.
  8. TOXUNUN “Qoşul”.

  9. “Əlavə et”ə TOXUNUN.
  10. eSIM quraşdırıldıqdan sonra Parametrlər səhifəsinə yönləndiriləcəksiniz.
  11. Səhifəni aşağı SÜRÜŞDÜRÜN və “Mobil internet”ə TOXUNUN.
  12. Quraşdırdığınız eSIM-i SEÇİN.

 

IV. QR kodla quraşdırma

  1. Parametrlərə KEÇİN. 
  2. Bağlantılara TOXUNUN.
  3. SIM MenecerəTOXUNUN.
  4. TOXUNUN: “eSIM əlavə et”.

  5. “Xidmət təminatçısından aldığınız QR kodu oxudun”a TOXUNUN.
  6. Airalo tətbiqində eSIM təfərrüatlarında tapa biləcəyiniz QR kodu OXUDUN.
  7. TOXUNUN: “Əlavə et”.

  8. eSIM quraşdırıldıqdan sonra “Parametrlər” səhifəsinə yönləndiriləcəksiniz.
  9. Səhifəni aşağı SÜRÜŞDÜRÜN və “Mobil internet”ə TOXUNUN.
  10. Quraşdırdığınız eSIM-i SEÇİN.

Bundan sonra eSIM profiliniz Samsung Galaxy cihazınızda quraşdırılmış olmalıdır.

Hər hansı sualınız varsa, dəstək komandamızla əlaqə saxlayın, sizə məmnuniyyətlə yardım edəcəyik!

Əlaqədar suallar

Digər mövzular

Hələ də kömək lazımdır?

Müştəri dəstəyi komandamızla əlaqə saxlayın, ən qısa müddətdə sizə cavab verəcəyik.
Bizə mesaj göndərin
Müəllif hüquqları Airalo © 2024