Qlobal təşkilat kimi Airalo başqalarının sağlamlığını, təhlükəsizliyini, rifahını gücləndirmək, ekoloji dayanıqlılığı yüksəltmək üçün çox sayda təşəbbüsə investisiya edib.
Qlobal bərabərlik çox formada təzahür edir. Təşkilatımızın təməlində yer üzündə hər kəsi qlobal əlaqə imkanı ilə təmin etmək missiyamıza inamımız dayanır. Harada olduğunuzdan, hansı texnologiyaya malik olduğunuzdan asılı olmayaraq məqsədimiz hər kəs üçün əlaqə imkanı yaratmaqdır. Texnologiyanın bütün imkanlarından istifadə etmək sərbəstliyi və azadlığı qarşılıqlı əlaqələr artdıqca tədricən üstünlükdən zərurətə çevrilib.
Rəqəmsal gələcək yönündə çalışarkən ənənəvi SIM kartlar üçün plastik ehtiyacını və tullantıları azaldan ekoloji cəhətdən təmiz və innovativ həlləri təbliğ etməyə davam edəcəyik.
Öncüllük etdiyimiz təşəbbüslər bunlardır:
Qlobal bağlantı imkanı məqsədinə sadiq bir şirkət kimi biz hər zaman telekommunikasiya insfrastrukturumuzdan və tərəfdaşlıqlarımızdan ehtiyac halında bağlantı təmin etmək üçün istifadə etməyin yollarını axtarırıq.
Bu günə qədər aşağıdakılar üçün internet xidmətləri təmin etmişik:
Airalo komandası müharibə nəticəsində köçkün düşən milyonlarla ukraynalıya dəstək məqsədilə Help Ukraine Connect fondunu təsis edib. Toplanan vəsait birbaşa bu çətin zamanlarda internet trafikinə ehtiyac duyan ukraynalılara çatdırılır.
Myanmada vətəndaş iğtişaşı və münaqişə zamanı rabitə xidməti çatışmazlığı var idi, vətəndaşlar əsas SIM resurslara çıxış əldə edə bilmirdilər. Xoşbəxtlikdən Airalo-nun eSIM xidmətləri hələ də işlək vəziyyətdə idi. Sürətlə regionun aparıcı trafik həllinə çevrildik. Airalo Myanmanın dünyanın qalan hissəsi ilə əlaqəsini qoruyub saxlamaq üçün vaxt, pul və resurs sərf edirdi.
Airalo komandası Avstraliya eSIM satışlarından əldə edilən bütün gəlirlərin Avstraliyada faciəvi meşə yanğını fəlakətindən ən çox əziyyət çəkənlərə yönəldilməsi ilə yardım fondu yaratmaq üçün səfərbər oldu.
Airalo Uşaq Fondu uşaqlara yardım edən qlobal qeyri kommersiya təşkilatı Children International ilə əməkdaşlığımızdan yaranmış təşəbbüsdür.
Airalo Fondu inkişaf etməkdə olan ölkələrdə uşaqları maliyyələşdirir - ərzaq, su, sığınacaq və təhsil imkanının təmin edilməsinə yardım göstərir. Məqsədimiz şirkətimizə qoşulan hər bir əməkdaş üçün bir uşağa sponsorluq etməkdir və Airalo-nu inkişaf etdirməklə bu uşaqlar üçün daha yaxşı gələcək formalaşdıracağımıza ümid edirik.
Airalo Kamerunun ucqar Babu şəhərinin mərkəzində quyunun qazılmasına sponsorluq edib.
Afrikadakı ucqar icmalarda hər gün milyonlarla insan təmiz, təhlükəsiz su çatışmazlığından əziyyət çəkir. Bütün dünyada 9 nəfərdən 1-nin təmiz suya çıxışı yoxdur, Afrika bölgələrində isə bu hal hələ də 9 nəfərdən 8-nə aiddir. Su hər gün üzləşilən və insan həyatını iflic edən problemdir. Susuz ərzaq yetişdirə, sağlam qala, məktəbə gedə və işləməyə davam edə bilməzsiniz. Bu yük məktəb yaşındakı uşaqları yoxsulluğa həbs edir. Təhükəsiz suya çıxış daha yaxşı həyat yolundakı ilk baryeri aradan qaldıracaq, təhsil, iqtisadi fürsət və daha yaxşı sağlamlıq vəziyyətinin qapılarının aralayaraq problemləri potensiala çevirəcək.
Plastik planetimiz üzərində böyük yük yaradır. Plastik SIM kartları və onların qablaşdırılması ehtiyacını kütləvi surətdə azaldan məhsul yaratdığımız üçün fəxr edirik.
Hər il 4 milyarddan çox SIM kart istehsal edilir, bu, milyonlarla ton plastik, barellərlə yanacağın istehsalı və atılması deməkdir. Bundan əlavə, getdikcə azalan resurslar istehsal prosesində istifadə edilir.
Dünyanın qalan hissəsi daha dayanıqlı istehsal və distribusiya təcrübələri tətbiq etmək üçün çalışarkən Airalo öz karbon izlərimizi azaltmaq üçün daim yeni və innovativ üsullar tapmaq məqsədinə sadiqdir.