Airalo

Airalo əsas səhifəsinə yönləndirir.

Airalo-da iş.

Fürsətlər dünyasını kəşf edin.

Növbəti macəraya hazırsınız? Bütün dünyada sürətli rabitəyə qapı açmaq missiyamıza qoşulun.

Bütün vakansiyaları göstər

Airalo-da açıq olan bütün vakansiyalara yönləndirir.

Yanında pişik, qarşısında kompüter olan qadın masa arxasında əyləşib.
Yer kürəsinin dairəvi təsviri üzərində uçan təyyarə.

Əməkdaşlarımız

Komandamız 44-dən çox ölkədə və altı qitədə fəaliyyət göstərir. Bizi birləşdirən əsas amil isə rabitə üsulunu dəyişmək üçün göstərdiyimiz sarsılmaz səydir.

Təyyarədə birlikdə əyləşən iki qadın xoşbəxt görünür.

Dəyərlərimiz

Biz müxtəlifliyi, inklüzivliyi və bərabərliyi yüksək qiymətləndiririk. Təşkilatımız bir neçə qitəni əhatə edir və müxtəlif mənşəli, özünəməxsus təcrübələrə malik üzvlərdən ibarətdir.

Mənimsəmək

Empatiya

Həqiqilik

İterasiya

Dəyərlərimiz haqqında ətraflı məlumat
Çamadanın yanına qoyulmuş mobil telefon, fonda təyyarə əks olunur.

Missiyamız

Airalo-nun missiyası dünyanın istənilən yerində dərhal qoşulma imkanı yaradan qlobal keçid inşa etməkdir. Biz dünyanı rouminq məhdudiyyətlərindən azad etmək və hər kəsin istənilən nöqtədən şəbəkəyə qoşulmasına kömək etmək üçün buradayıq.

Bizimlə işləməyin üstünlükləri

Alət və texnologiyalar

Alət və texnologiyalar

Ən yaxşı işi görməyiniz, əlaqələrdən kənarda qalmamağınız üçün alət və texnologiyaları təmin edirik.

Məsafədən işləyənlər üçün ödəniş

Məsafədən işləyənlər üçün ödəniş

Avadanlıqlarınızı yeniləməyiniz, istənilən yerdən rahatlıqla işləyə bilməyiniz üçün ödəniş təmin edirik.

Sağlam həyat bonusu

Sağlam həyat bonusu

Özünüzü maksimum dərəcədə yaxşı hiss etməyinizi istəyirik. Sağlamlıq və rifah hallarını dəstəkləmək üçün komanda üzvlərimizə illik əsasda sağlam həyat bonusu təqdim edirik.

Sağlamlıq paketi

Sağlamlıq paketi

Sağlamlıq və rifahınızı dəstəkləyən bonuslar. Ehtiyacınıza uyğunlaşdırılmış əhatəli sağlamlıq paketindən istifadə imkanı qazanın.

Airmoney

Airmoney

Airalo ilə kəşf edin. Dünyanın hər yerində eSIM-dən istifadə mqəsədilə ailə üzvləriniz və sizin üçün Airmoney büdcəsi.

Təlim və inkişaf

Təlim və inkişaf

İllik 500 ABŞ dolları təlim büdcəsi ilə inkişafınızı gücləndirin.Xərclərin əvəzlənməsi şərtlərilə ondan kurslar, kitablar və başqa peşəkar materiallar üçün istifadə edin. Əlavə təlim günləri? Onlar əlavə illik məzuniyyət qismində hesablanır.

Airalo Akamediyası

Airalo Akamediyası

İllik Airalo Akademiyası kompleksimizdə üz-üzə ünsiyyət sehrini yaşayın. 4 gecə, 5 gün komanda üzvləri, bütün xərcləri qarşılanmaqla, ev sahibi ölkədə bir araya gəlirlər. Komanda bağı, sağlamlıq və təbiət mənzərələrinin kombinasiyası.

Airalo tətbiqinin əks olunduğu mobil telefon ekran şəkli

Qlobal şirkət

Bütün dünyada Airalo-nu mükəmməl bir təşkilat kimi saxlamağa davam edən komanda yoldaşlarımız var.

Şöbələr

İşə qəbul prosesi

Müraciət

Xəyallarınızı bəzəyən işi Airalo-da tapmısınız? İlk addımı atın və sizi maraqlandıran iş(lər) üçün müraciət edin! Müraciət etdikdən sonra bir həftə ərzində bizdən cavab alacaqsınız.

Tez-tez verilən suallar

Müsahibə

Hər şey qaydasında getsə, Airalo komandası ilə bir sıra müsahibələr təşkil edəcəyik. Maraqcıl olun, suallar verin, ən əsası özünüz olun. Qarşılıqlı olaraq bir-birimizə uyğun gəldiyimizi dəqiqləşdirmək istəyirik.

Tez-tez verilən suallar

Qərar

Müsahibələrdən sonra işə qəbul komandamız vəzifəyə uyğun olub-olmadığınızı müəyyən edəcək. Nəticə uğurlu olarsa, rəsmiləşdirmə prosesinə keçəcək, sizi Airalo komandasına qoşulmağa dəvət edəcəyik.

Tez-tez verilən suallar
Stulda əyləşərək notbukdan istifadə edən qadın.

Airalo komandasına qoşulun

İş yoldaşları axtarırıq! Xəyalınızdakı işi Airalo ilə tapın.

Bütün vakansiyaları göstər