Məxfilik siyasəti

Son yeniləmə: 1 Sentyabr 2025


Məxfilik siyasətimiz

Bu Məxfilik siyasəti (“Siyasət”) Airalo-nun şəxsi məlumatlarınızı necə topladığını, istifadə etdiyini, açıqladığını, köçürdüyünü və saxladığını, həmçinin şəxsi məlumatlarınızla bağlı hüquq və seçimlərinizi müəyyən edir. O, Ümumi şərtlərimizlə və Xidmətlərimizin istifadəçisi olduğunuz halda Xidmətlərimizdən istifadə şərtlərimizlə birlikdə diqqətə alınmalıdır.

“Airalo”, “biz”, “bizim” və ya “bizi” dedikdə, Sinqapurda 6 Raffles Blvd, #03-308 Marina Square, Singapur 039594 ünvanında qeydiyyatdan keçmiş AirGSM Pte Ltd şirkətini nəzərdə tuturuq.

Airalo Xidmətlərinə çıxışınızı üçüncü tərəf (məsələn, səyahət agentliyi və ya işəgötürəniniz) təmin edibsə, Airalo onlardan şəxsi məlumatlarınızı əldə edə bilər. Həmçinin məxfilik siyasətini oxumalısınız, çünki onlar şəxsi məlumatlarınızı Airalo-dan fərqli qaydada toplaya, idarə və emal edə bilərlər.

Topladığımız şəxsi məlumatlar və onları necə toplayırıq.

Şəxsi məlumat kimliyi müəyyən edilə bilən fərdlə əlaqədar olan hər hansı məlumatdır. Aşağıdakı cədvəldə topladığımız məlumatları qeyd edir və onlardan necə istifadə etdiyimizi təsvir edirik.

Xidmətlərimizdən və Platformalarımızdan necə istifadə etdiyinizdən asılı olaraq şəxsi məlumatları müxtəlif yollarla toplayırıq.

  • Birbaşa sizdən - bizə məlumat təqdim etdiyiniz zaman, məsələn, Airalo hesabı üçün qeydiyyatdan keçdikdə, bizdən məlumat almaq üçün abunə olduqda, eSIM aldıqda, elektron poçt vasitəsilə bizimlə əlaqə saxladıqda və ya Veb-saytlarımızın birinə Məzmun yüklədikdə.
  • Xidmət və ya Platformalardan istifadə vasitəsilə - IP ünvanınız, kuki identifikatorları, yer məlumatları, istifadə etdiyiniz cihaz və brauzer, veb- saytımızı və ya başqa üçüncü tərəf veb-saytlarını necə istifadə etdiyiniz və onlarla necə əlaqə qurduğunuz kimi məlumatları əldə edəcəyik. Bu məlumatın bir hissəsi kukilər və bənzər texnologiyalar vasitəsilə toplanır. Bu haqda ətraflı məlumat üçün Kuki siyasətimizi nəzərdən keçirin.
  • Üçüncü tərəflərdən - icazə verdiyiniz təqdirdə və ya qanuni olaraq icazə verildiyi və ya müəyyən ssenarilər çərçivəsində sizə Xidmətləri təqdim etmək üçün zəruri olduğu hallarda. Məsələn: 
    • Xidmətləri üçüncü tərəfdən (məsələn, işəgötürəndən) aldığınız və ya təmin etdiyiniz zaman;
    • üçüncü tərəfə aid veb-sayta şəxsi məlumatlarınızı bizimlə paylaşmaq üçün icazə verdiyiniz zaman (məsələn, Facebook vasitəsilə Airalo Hesabınıza qoşulduğunuz zaman);
    • marketinq məqsədləri ilə üçüncü tərəflərlə əməkdaşlıq etdiyimiz zaman;
    • üçüncü tərəfin idarə etdiyi və ya ictimaiyyətə açıq mənbələr, məsələn, məlumat brokerləri (məsələn, Xidmətlərə giriş təmin etmək üçün eKYC yoxlamaları aparmalı olduğumuz zaman).

Topladığımız məlumatlar

Xidmətlərimizdən və ya Platformamızdan istifadə etdiyiniz və ya başqa cür bizimlə əlaqə qurduğunuz zaman aşağıda qeyd edilən şəxsi məlumatları toplayır, istifadə edir, saxlayır və paylaşırıq:

Xidmət və ya Platformalarımızın istifadəçisisinizsə*  *müvafiq hallarda

Hesabınızı yaratmaq üçün şəxsi məlumatlar

Ad, soyad, elektron poçt ünvanları, poçt ünvanı/yer (ölkə, əyalət/vilayət, şəhər), telefon nömrələri**.

**Xidmətlərə girişinizi üçüncü tərəf təmin edibsə, bura həmin üçüncü tərəflə münasibətiniz haqqında məlumatlar (məsələn, əmək münasibətləri) daxil ola bilər

Üçüncü tərəf vasitəsilə giriş məlumatları Üçüncü tərəf platforması vasitəsilə (məsələn, Apple, Google və ya Facebook) Hesab yaratmağı seçsəniz, həmin üçüncü tərəfdən avtomatik olaraq giriş məlumatları ala bilərik. Aldığımız məlumat üçüncü tərəfə təqdim etdiyiniz məlumata və üçüncü tərəf platformasındakı seçimlərinizə görə dəyişə bilər (məsələn, Apple-ın 'E-poçt ünvanımı gizlət' funksiyasını aktivləşdirmiş ola bilərsiniz). Ətraflı məlumat üçün müvafiq üçüncü tərəfin məxfilik bildirişinə müraciət edin.
Tələblərə uyğunluğun yoxlanması üçün tələb olunan şəxsi məlumatlar (biometrik məlumatlar daxil olmaqla) Tətbiq edilən qanun və qaydalar çərçivəsində tələb olunduqda, məsələn, məcburi eKYC yoxlamaları halında Airalo biometrik məlumatlar, doğum tarixi, təhsil kvalifikasiyaları, şəxsiyyət vəsiqələri (və ya başqa eyniləşdirmə nömrələri), coğrafi yerləşmə, müvafiq biznes tərəfdaşı məlumatları, eləcə də ixrac nəzarəti və ya gömrük qaydalarına riayətlə əlaqəli başqa məlumatlar kimi məlumat kateqoriyalarını işləyə bilər.
Müştəri məmnuniyyəti üçün zəruri şəxsi məlumatlar Qanunla icazə verildiyi hallarda və ya sizin razılığınız əsasında Airalo topladığı məlumatları birbaşa və ya dolayı yolla bu məlumatların tamlığını və dəqiqliyini təmin etmək, sizinlə qarşılıqlı əlaqəni daha uyğun formada həyata keçirmək, eləcə də hansı məlumatların maraqlarınıza və ehtiyaclarınıza daha uyğun olduğunu müəyyən etmək məqsədilə birləşdirə bilər.
Airalo-nun veb-səhifələri və tətbiqlərindən istifadəniz və ya onlarda iştirakınız zamanı yaranan məlumatlar
  • İstifadə məlumatları: Airalo veb-saytlara daxil olduğunuz zaman brauzer, əməliyyat sistemi və ya IP ünvan haqqında məlumatlar kimi istifadə ilə əlaqəli müəyyən məlumatları işləyir. Airalo veb-xidmətlərindən istifadəniz haqqında məlumatları da işləyir, məsələn, daxil olduğunuz səhifələr, səhifədə keçirdiyiniz vaxt, sizi veb-saytlara yönəldən səhifə və veb-saytlarda seçdiyiniz linklər.
  • Cihaz və yer məlumatları: cihazınızdan əldə edilən ümüumi məlumatlar, məsələn, IP ünvanınız, marka, model və əməliyyat sistemi; IP ünvanınıza əsaslanan qeyri-dəqiq yer məlumatları; mobil cihazınızdan əldə edilən dəqiq yer məlumatları.
  • Seçimlər haqqında məlumatlar: verilmiş və ya rədd edilmiş konkret razılıqlar, e-poçt və "push" bildirişləri, kuki seçimləri; üstünlük verilən dil, valyuta və uçuşlar üçün hava limanı.
  • Məlumat mübadiləsi məlumatları: sizə göndərdiyimiz və sizdən aldığımız məzmun, o cümlədən rəy, yardım tələbləri və sorğular; həmin məlumat mübadilələri ilə bağlı, məsələn, göndərilmə vaxtı və tarixi, həmçinin necə qarşılıqlı əlaqə saxladığınız haqqında məlumatlar (məsələn, açılma və kliklənmə göstəriciləri).
  • İstifadəçi məzmunu:
    • Veb-saytlarımıza yüklədiyiniz və ya veb-saytlarımızla əlaqəli məzmun (məsələn, şərhlər, fotoşəkillər, videolar, tövsiyələr, seçimlər, rəylər) və məzmun haqqında məlumat, məsələn həmin məzmunla əlaqəli vaxt və tarix;
    • Sosial media platformalarında (məsələn, Instagram, X və ya Facebook) və ya Trustpilot kimi üçüncü tərəfə məxsus rəy platformalarında bizimlə qarşılıqlı əlaqəniz, o cümlədən şərhlər, fotoşəkillər, videolar və sosial media hesabınız haqqında ictimaiyyətə açıq məlumatlar. Məzmununuzu bəyəndikdə, onu yenidən paylaşmaq üçün razı olub-olmadığınızı soruşmaq üçün sizinlə əlaqə saxlaya və ya Airalo haqqında paylaşdığınız rəylərinizdən marketinq və tanıtım məqsədlərilə istifadə edə bilərik.
    • Sorğuda iştirak etdiyiniz zaman sorğu vasitəsilə təmin etdiyiniz məlumatları toplayırıq. Sorğu üçüncü tərəf xidmət təminatçıları tərəfindən təqdim edildikdə, məlumatlarınızın toplanması, istifadə edilməsi və açıqlanmasına üçüncü tərəfin məxfilik siyasəti tətbiq olunur.

Airalo-nun tərəfdaşının və ya potensial tərəfdaşının əməkdaşısınızsa

Airalo ilə biznes münasibətlərinizlə əlaqəli şəxsi məlumatlar İşəgötürəninizin şirkət adı və sahəsi, vəzifəniz, rolunuz, şöbəniz və funksiyanız və şirkətinizin Airalo ilə münasibətlərinin tarixçəsi.
İmza və əlaqə məlumatları Sizə imzaıamaq üçün sənədlər göndərməli olduqda, əlaqə məlumatlarınızı, vəzifəniz və şirkətdəki rolunuz haqqında məlumatları mühafizə edəcəyik. Şirkətiniz adından imza səlahiyyətinizin olduğunu təsdiqləmək üçün sizdən əlavə məlumat istəyə və onları saxlaya bilərik

Airalo-da iş üçün müraciət etdiyiniz halda

Müraciətinizlə əlaqədar əldə edilən şəxsi məlumatlar Ad, soyad, e-poçt ünvanları, poçt ünvanı/yer məlumatları (ölkə, əyalət/vilayət, şəhər), telefon nömrələri və CV, motivasiya məktubu ilə və ya müsahibə və seçim prosesi zamanı bizə təqdim etdiyiniz hər hansı başqa şəxsi məlumat

Şəxsi məlumatların xüsusi kateqoriyaları. Bunlar daha həssas məlumat növləridir, məsələn, səhhətiniz, dini və ya etnik mənsubiyətinizlə əlaqəli məlumatlar. Adətən bu kateqoriyalara aid məlumatları toplamırıq, lakin belə məlumatları açıqlamağı seçə bilərsiniz, məsələn, dəstək komandamızla əlaqə saxladığınız zaman və ya Platformamızın müyəssərliyi haqqında rəy verdiyiniz zaman. 

Şəxsi məlumatlarınızı niyə və necə istifadə edirik.

Şəxsi məlumatlarınızdan aşağıdakı məqsədlərdən biri və ya bir neçəsi üçün istifadə edə bilərik:

Sizinlə və ya üçüncü tərəflə, məsələn işəgötürəninizlə müqavilə bağladığımız halda. Bura xidmətlərimizin sizə təqdim edilməsi daxildir.

Biznesimizi və ya Airalo-nun qanuni maraqlarını həyata keçirmək üçün zəruri olduğu halda. Məsələn:

  • Xidmətlərimizi və Platformamızı təkmilləşdirmək və məhsul xüsusiyyətlərini inkişaf etdirmək və ya Platformamızdakı səhvləri düzəltmək üçün.
  • Təhlükəsizliyi artırmaq və fırıldaqçılığın qarşısını almaq, o cümlədən Məqbul istifadə siyasətimizin tələblərinə riayəti qiymətləndirmək.
  • Airalo-dan dəstək almaq hüququnuzun olduğu hallarda suallarınıza cavab vermək və dəstək xidməti göstərmək üçün.
  • Təcrübənizi fərdiləşdirmək, məsələn, məzmunu və tövsiyələri sizə uyğunlaşdırmaq üçün.
  • Sorğular keçirmək, bazar araşdırması aparmaq, marketinq materialları göndərmək və ya Trustpilot kimi üçüncü tərəfə məxsus rəy platformasında haqqımızda rəy paylaşmağınızı xahiş etmək (razılıq verildiyi halda) üçün.
  • Məlumat təhlili, audtlər, dələduzluq hallarının aşkarlanması, yeni məhsul və ya xidmətlərin hazırlanması, Xidmətlərimizin və ya Platformamızın təkmilləşdirilməsi və ya dəyişdirilməsi, istifadə tendensiyalarının və qənaətlərinin, marketinq kampaniyalarının effektivliyinin müəyyən edilməsi və biznesimizin idarə edilməsi kimi müxtəlif daxili biznes məqsədləri ilə məşğul olmaq üçün.

Qanuni hüquq və öhdəliklərimizi həyata keçirmək və ya onlara əməl etmək üçün zəruri olduğu hallarda, məsələn, qanunla bizdən məlumatları saxlamaq və ya müəyyən ölkələrdə eKYC yoxlamaları aparmaq tələb oluna bilər.

Razılığınızı əldə etdiyimiz hallarda. Şəxsi məlumatlarınızın işlənməsi üçün açıq razılıq verdiyiniz hallarda həmin razılığı istənilən vaxt təmin edilən funksiyalardan istifadə edərək və ya [email protected] ünvanı vasitəsilə bizimlə əlaqə saxlayaraq ləğv edə bilərsiniz. Lakin nəzərə alın ki, aşağıdakılardan biri ilə əsaslandırıla bildiyi hallarda şəxsi məlumatlarınızın emalına davam etmək hüququmuz ola bilər:

  • Sizinlə və ya şirkətinizlə müqaviləmizi icra etmək üçün
  • Qanuni hüquq və öhdəliklərimizi həyata keçirmək və onlara əməl etmək üçün
  • Platformamızı və biznesimizi idarə etmək və sizə Xidmətlər təqdim etmək daxil olmaqla, lakin bununla məhdudlaşmadan qanuni biznes maraqlarımızı həyata keçirmək üçün. Şəxsi məlumatlarınızı qanuni maraqlarımız çərçivəsində emal etdiyimiz hallarda məlumatların emalını yalnız toplanma məqsədinə müvafiq, adekvat və zəruri dərəcədə həyata keçirəcəyik.
  • Zəruri olduqda hüquqi iddiaları müəyyən etmək, həyata keçirmək və ya müdafiə etmək üçün.
  • İctimai maraq naminə vəzifəmizi yerinə yetirmək üçün.

Şəxsi məlumatlarınıza kim çıxış əldə edə bilər

Airalo əməkdaşları. Bu məxfilik siyasətinin ‘Şəxsi məlumatlarınızı niyə və necə istifadə edirik’ bölməsində göstərilənlərin həyata keçirilməsinə yardım məqsədilə bəzi Airalo əməkdaşları məlumatlarınıza çıxışa malik olacaqlar.

Airalo Qrupunun şirkətləri və əməkdaşları. Airalo qlobal şirkətdir, əməkdaşlarımız dünyanın müxtəlif yerlərində fəaliyyət göstərirlər. Çıxış yalnız iş üçün real zərurət halları ilə məhdudlaşdırılacaq.

Xarici xidmət təminatçıları. Airalo Xidmətlərimizin müəyyən elementlərini təmin etmək və ya Platformamızın texniki işini dəstəkləmək üçün şəbəkə bağlantısı, hostinq xidməti, ödənişlərin işlənməsi təminatçıları və s. daxil olmaqla, üçüncü tərəflərə etibar edir. Yalnız məlumatların ötürülməsi və emalı üzrə müvafiq müqavilə təminatı təqdim edən xidmət təminatçılarına etibar edirik.

Müstəqil üçüncü tərəf xidmətləri, veb-saytları və biznesləri. Bu, aksiya, marketinq tədbiri və ya vebinar ilə əlaqədar ola bilər. Airalo həmçinin Airalo-dan istifadə təcrübəniz haqqında rəy toplamaq üçün sizinlə əlaqə saxlaya biləcək üçüncü tərəf rəy platforması Trustpilot-dan istifadə edir.

Distribusiya tərəfdaşları. Airalo Xidmətlərini satmaq üçün Distribusiya tərəfdaşlarından istifadə edir və xüsusilə xidmətləri birbaşa Airalo-dan deyil, onlardan satın aldığınız zaman məlumatları onlarla paylaşmalı ola bilərik.

Digər açıqlamalar. O cümlədən:

  • qanunlara əməl etmək və ya hüquqi iddialara (məhkəmə çağırışları və məhkəmə qərarları daxil olmaqla) və hakimiyyət və ya dövlət orqanlarının tələblərinə cavab vermək üçün
  • tənzimləyici orqanlarla əməkdaşlıq üçün
  • faktiki və ya şübhələnilən qadağan olunmuş fəaliyyətləri, o cümlədən fırıldaqçılığı və ya Xidmətlərimizdən və ya Platformamızdan sui-istifadəsini araşdırmaq, belə halların qarşısını almaq və tədbir görmək üçün üçüncü tərəflərə
  • biznesimizin və ya aktivlərimizin hissələrini satmağı və ya birləşdirməyi seçə biləcəyimiz üçüncü tərəflərə. Alternativ olaraq başqa biznes və ya aktivlər əldə etməyə çalışa bilərik. Belə dəyişiklik baş verərsə, biznesin yeni sahibləri şəxsi məlumatlarınızı bu Məxfilik siyasətində göstərilən qaydada istifadə edə bilərlər.

Şəxsi məlumatlarınızı nə qədər saxlayırıq

Şəxsi məlumatlarınızı yalnız ehtiyacımız olduğu müddətcə və ya qanunla tələb olunan müddət saxlayırıq. Bu, məlumatın hansı məqsədlə toplandığından, məlumatı saxlanmağımız üçün hüquqi əsasın qüvvədə qalıb-qalmadığından (məsələn, qanuni maraqlarımızın qorunması və ya sizinlə bağlanmış müqavilənin icrası) asılıdır. Məlumatlarınızı saxlamaq üçün səbəbimiz olmadıqda, onu ya siləcək, ya da kimliyiniz müəyyən edilməyəcək şəkildə anonimləşdirəcəyik. İstənilən vaxt şəxsi məlumatlarınızı silə və ya bizdən silməyimizi xahiş edə bilərsiniz. Bunu necə edə biləcəyiniz haqqında ətraflı məlumatla aşağıdakı ‘Hüquqlarınızı bilin’ bölməsində tanış ola bilərsiniz. Nəzərə alın ki, müəyyən hallarda Airalo qanunvericiliyə əsasən, silinmə tələbindən sonra belə, şəxsi məlumatlarınızın bir hissəsini və ya hamısını saxlamalı və emal etməli ola və ya həmin məlumatları saxlamaq üçün əsaslı qanuni maraqlara malik ola bilər. Məsələn, Airalo-dan "Müştərini tanı" (eKYC) hüquqi öhdəliklərini yerinə yetirmək üçün müəyyən şəxsi məlumatları saxlamaq tələb olunur.

Şəxsi məlumatlarınızı necə təhlükəsiz saxlayırıq

Şəxsi məlumatlarınızın itirilməsinin, istifadəsinin və ya icazəsiz əldə edilməsinin, dəyişdirilməsinin və ya açıqlanmasının qarşısını almaq üçün müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Bundan əlavə, şəxsi məlumatlarınıza çıxışı yalnız işlə bağlı məlumat əldə etməli olan əməkdaşlarımızla, podratçılarla və digər üçüncü tərəflərlə məhdudlaşdırırıq. Onlar məlumatlarınızı yalnız bizim təlimatlarımız əsasında emal edəcək və məxfilik öhdəliyi daşıyacaqlar. Lakin internet, mobil texnologiya və ya elektron saxlama metodu ilə ötürülmələr tamamilə təhlükəsiz deyil. Ona görə də müvafiq təhlükəsizlik tədbirlərini təmin etməyə çalışsaq da, şəxsi məlumatlarınızın tam təhlükəsizliyinə zəmanət verə bilmərik.

Şəxsi məlumatlarınızın beynəlxalq müstəvidə ötürülməsi

Nəzərə alın ki, məlumatlarınız dünyanın müxtəlif yerlərində saxlanılacaq və emal olunacaq. Dəqiq desək, şəxsi məlumatlarınız mütləq surətdə yaşadığınız ölkədə deyil, dünyanın müxtəlif yerlərindəki məlumat mərkəzlərində təhlükəsiz şəkildə saxlanacaq. Məlumat mərkəzlərinin dəqiq yeri Platforma və ya Xidmətlərdən istifadə etdiyiniz yerdən və şəxsi məlumatları paylaşdığımız üçüncü tərəflərin olduğu yerdən asılıdır (‘Şəxsi məlumatlarınıza kim çıxış əldə edə bilər’ bölməsinə baxın). Məlumatların işləndiyi ölkələrdəki qanun və qaydalar ölkənizdə şəxsi məlumatların qorunması üçün tətbiq olunan qaydalarla eyni səviyyədə müdafiə təmin etməyə bilər. Lakin məlumatlarınız ötürülən zaman onları qorumaq üçün təhlükəsizlik tədbirləri həyata keçirəcəyik. Ətraflı məlumat üçün aşağıdakı ‘Yerli tələblərə riayət’ bölməsinə baxın.

Hüquqlarınızı bilin.

Haqqınızda şəxsi məlumatlara malik olduğumuz halda (olduğunuz yerdən asılı olaraq) müəyyən hüquqlarınız ola bilər. Bunlara daxildir:

  • Şəxsi məlumatlarınıza çıxış tələb etmək. Bu, haqqınızda malik ola biləcəyimiz şəxsi məlumatların surətini almağa və onu qanun çərçivəsində emal edib-etmədiyimizi yoxlamağa imkan verir.
  • Sizinlə bağlı saxladığımız şəxsi məlumatlarda yanlışlıq olduqda, onların düzəldilməsini tələb etmək (düzəliş tələbinin əsaslandırılmasını xahiş edə bilərik).
  • Şəxsi məlumatlarınızı saxlamağa davam etməyimiz üçün əsaslı səbəb yoxdursa, onların silinməsini tələb etmək. Tələbin təmin edilməsinə mane olan konkret hüquqi səbəb olduqda, tələbinizə əməl etmək iqtidarında olmaya bilərik.
  • Şəxsi məlumatlarınızın emalının məhdudlaşdırılmasını, başqa sözlə, yalnız seçilmiş məqsədlər üçün işlənməsini tələb etmək.
  • Şəxsi məlumatlarınızı qanuni maraqlarımız əsasında emal etdiyimiz halda buna etiraz etmək. Bəzi hallarda həqiqətən qanuni marağımızın olduğunu nümayiş etdirə bilərik.
  • Şəxsi məlumatlarınızın birbaşa marketinq məqsədilə emal edilməsinə istənilən vaxt etiraz etməyə tam hüququnuz var.
  • Şəxsi məlumatlarınızı işləmək üçün razılığınıza istinad etdiyimiz hallarda razılığı istənilən vaxt geri götürə bilərsiniz.
  • Şəxsi məlumatlarınızın üçüncü tərəfə ötürülməsini tələb etmək.

Bu hüquqlardan hər hansını həyata keçirmək istəyirsinizsə, veb-saytlarımızda və tətbiqlərimizdə yuxarıda qeyd edilən əməliyyatların əksəriyyətini yerinə yetirməyə imkan verən funksiyalardan istifadə edə bilərsiniz. Həmin funksiyalarda əhatə olunmayan hüququ həyata keçirmək istəyirsinizsə, aşağıdakı Əlaqə məlumatları vasitəsilə bizimlə əlaqə saxlayın.

Uşaqlar. Xidmət və Platformalarımız 13 yaşından kiçik uşaqlar üçün nəzərdə tutulmayıb və 13 yaşından kiçik olanlardan bilərək şəxsi məlumat toplamırıq. 13 yaşından kiçik olan hər hansı şəxsin şəxsi məlumatlarını bizə təqdim etdiyini öyrəndikdə, [email protected] ünvanı vasitəsilə bizə xəbərdarlıq edin.

Əlaqə məlumatları.

Şəxsi məlumatlarınızı necə işlədiyimiz haqqında hər hansı sualınız varsa və ya bu Məxfilik siyasəti çərçivəsində hüquqlarınızı həyata keçirmək istəyirsinizsə, [email protected] ünvanı ilə əlaqə saxlayın.

Əlillik səbəbindən bu Məxfilik siyasətinə alternativ formatda çıxış imkanı əldə etmək istəyirsinizsə, tətbiqdaxili funksiyalar vasitəsilə və ya [email protected] elektron poçt ünvanı, yaxud, ödənişsiz ABŞ telefon nömrəsi: +1 (888) 870-2848 vasitəsilə dəstək komandamızla əlaqə saxlayın.

Cavabımız sizi qanə etməyibsə və Avropa İttifaqı və ya Birləşmiş Krallıqdasınızsa, məlumatların qorunması üzrə yerli nəzarət orqanına şikayət hüququnuz ola bilər.

Yerli qaydalara riayət

Airalo-nun məxfilik müddəaları Aşağıdakılar tətbiq olunur
Aİ/AİZ və ya GDPR ilə müqayisə oluna biləcək ölkədaxili qanunvericiliyə malik ölkədə tətbiq olunursa

Nəzarətçinin məlumatların qorunması üzrə məsul şəxsi kimdir? Airalo Qrupunun məlumatların qorunması üzrə məsul şəxsi ilə istənilən vaxt [email protected] ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Məlumatların qorunması sahəsində müvafiq orqan hansıdır? Məlumatların qorunması üzrə konkret nəzarətçinin əlaqə məlumatlarını Avropa Məlumatlarının Mühafizəsi Şurasının veb-saytında tapa bilərsiniz.

Airalo beynəlxalq məlumat ötürmələrini necə əsaslandırır? Beynəlxalq qrup olaraq Airalo-nun həmçinin Avropa İqtisadi Zonası ("AİZ") xaricindəki ölkələrdə əlaqəli şirkətləri və üçüncü tərəf xidmət təminatçıları mövcuddur. Airalo beynəlxalq biznes fəaliyyətləri çərçivəsində şəxsi məlumatlarınızı AİZ xaricindəki ölkələrə ötürə bilər. Airalo şəxsi məlumatları Aİ və ya AİZ daxilindəki bir ölkədən AİZ xaricindəki Avropa Komissiyasının haqqında adekvat müdafiə qərarı vermədiyi bir ölkəyə ötürdükdə, Aİ-nin Standart müqavilə maddələrindən istifadə edir. Bu maddələr vasitəsilə Airalo məlumatı qəbul edən tərəfdən müqavilə yolu ilə şəxsi məlumatlarınıza AİZ-dəki səviyyəyə bərabər qoruma səviyyəsi tətbiq etməyi tələb edir. Eyni zamanda Avropa Komissiyasının Məlumatların mühafizəsinin beynəlxalq aspekti veb-səhifəsindən ətraflı məlumat və beynəlxalq məlumat mühafizəsi məsələləri haqqında rəylər əldə edə bilərsiniz.

Kolumbiya

Kolumbiyanın 2012-ci il tarixli 1581 saylı qanununun və 2013-cü il tarixli, 1377 saylı qərarın müddəalarına Airalo-ya şamil edildiyi hallarda aşağıdakılar tətbiq edilir:

Kolumbiya daxilində aşağıdakı hüquqlara maliksiniz:

  • şəxsi məlumatlarınızı görmək, yeniləmək və düzəltmək;
  • razılığınıza dair sübutun təqdim edilməsini tələb etmək;
  • tələb əsasında Airalo-nun şəxsi məlumatlarınızı necə işlədiyi haqqında məlumat almaq;
  • müvafiq qanunların pozulması ilə əlaqədar olaraq Sənaye və Ticarət Nəzarəti (“SIC”) orqanına şikayət etmək;
  • Airalo-nun şəxsi məlumatlarınızı məlumat bazalarında saxlamaq üçün əlavə hüquqi və ya müqavilə öhdəliyi olmadığı təqdirdə razılığınızı geri götürmək və/və ya şəxsi məlumatlarınızın silinməsini tələb etmək.
Səudiyyə Ərəbistanı Krallığı (KSA)

Şəxsi məlumatların qorunması haqqında qanunun (“PDPL”) müddəalarının Airalo-ya şamil edildiyi hallarda aşağıdakılar tətbiq edilir:

Airalo Şəxsi məlumatlarınızı yuxarıda təsvir edilən qaydada toplamaq, saxlamaq və başqa emal əməliyyatları üçün elektron vasitələrdən istifadə edir.


Airalo yuxarıda təsvir edilən məqsədlər üçün zəruri olduqda Şəxsi məlumatlarınızı elektron vasitələrlə məhv edəcək.


Şəxsi məlumatlarınız autsorsinq və məlumatların işlənməsi kimi ümumi biznes məqsədlərimiz üçün Airalo tərəfindən Səudiyyə Ərəbistanından başqa ölkədə saxlanacaq və qorunacaq.


Məqsəddən asılı olaraq Şəxsi məlumatlar müntəzəm olaraq və ya lazım olduqca paylaşıla bilər.


Compensation can only be claimed if the courts have determined that you have suffered material or moral damage as a result of a breach as referred to in the PDPL and its Implementing Regulations.
If Airalo does not comply with the PDPL, you can file a complaint with our support team. Şikayətinizin həllindən razı qalmadıqda, səlahiyyətli orqana şikayət edə bilərsiniz: Səudiyyə Data və Süni İntellekt İdarəsi (SDAIA), Rəqəmsal şəhər, Riyad, 12382, Səudiyyə Ərəbistanı Krallığı, veb-sayt: sdaia.gov.sa

Malayziya

Malayziyanın şəxsi məlumatların qorunması haqqında qanununun (“PDPA”) müddəalarının Airalo-ya şamil olunduğu hallarda aşağıdakılar tətbiq edilir:

Airalo bu məxfilik bəyanatının malay dilindəki (Bahasa Malaysia) versiyası daxil olmaqla, istifadəçilərin şəxsi məlumatlarının məxfiliyini qorumaq üçün texnologiya, təhlükəsizlik funksiyaları və sərt siyasətlər tətbiq edir.

Filippin Filippin daxilində aşağıdakı hüquqlara maliksiniz:
  • şəxsi məlumatların yanlış, natamam, köhnəlmiş, xətalı, qanunsuz əldə edilmiş olması və ya icazəsiz istifadəsi nəticəsində zərər çəkdiyiniz və məlumat subyekti kimi hüquq və azadlıqlarınız pozulduğu halda Məxfiliyin Qorunması üzrə Komissiya və ya səlahiyyətli məhkəmə tərəfindən verilən yekun qərar əsasında kompensasiya iddiası irəli sürmək;
  • məxfiliyiniz pozulduqda, şəxsi məlumatlarınız təhlükəyə məruz qoyulduqda və ya Məlumatların qorunması haqqında qanunun pozulması nəticəsində şəxsən mənfi təsirə məruz qaldığınız halda Məxfiliyin Qorunması üzrə Komissiyaya şikayət etmək.
  • məlumalarınızın daşınması hüququna maliksiniz. Hüquqi varisləriniz və təyin etdiyiniz şəxslər ölümünüzdən sonra və ya hüquqlarınızı həyata keçirə bilməyəcək vəziyyətdə olduğunuz, yaxud buna qadir olmadığınız hallarda bu hüquqlara istinad edə bilərlər.
Cənubi Afrika

Cənubi Afrikanın şəxsi məlumatların qorunması haqqında qanununun (“POPIA”) müddəalarının Airalo-ya şamil olunduğu hallarda aşağıdakılar tətbiq edilir:

Bu Məxfilik bəyanatında “Şəxsi məlumatlar” POPIA-da müəyyən edilən mənanı ifadə edir. Bu Məxfilik bəyanatında “Siz” və “Sizin” dedikdə, POPIA-dakı istifadəsinə uyğun olaraq fiziki şəxs və ya hüquqi şəxs nəzərdə tutulur.

2000-ci il tarixli, 2 saylı Məlumata çıxışın genişləndirilməsi haqqında qanun (“PAIA”) çərçivəsində haqqınızda saxladığımız şəxsi məlumatların təfərrüatlarını tələb edə bilərsiniz.

Fiziki və ya hüquqi şəxs olaraq məsul tərəf kimi Airalo-nun şəxsi məlumatlarınızdan POPIA-ya zidd qaydada istifadə etdiyinə inanırsınızsa, əvvəlcə məsələni Airalo ilə həll etməyə çalışmalısınız. Prosesdən razı qalmadıqda, aşağıdakı əlaqə vasitələri ilə müraciət edə biləcəyiniz məlumat tənzimləyici orqana şikayət etmək hüququna maliksiniz:

JD House, 27 Stiemens Street, Braamfontein, Johannesburg, 2001, PO Box 31533, Braamfontein, Johannesburg, 2017
Elektron poçt: [email protected]
Sorğular: [email protected]

Birləşmiş Ştatlar

Airalo Kaliforniyan;n 2018-ci il tarixli İstehlakçıların məxfiliyi qanunu (CCPA) və ona 2020-ci il tarixli Kaliforniya Məxfilik hüquqları haqq'nda qanunla (CPRA) edilən dəyişikliklərin və ya başqa ABŞ ştatlarının müqayisə edilə bilən müddəaları olan qanunlarının tətbiq dairəsinə düşdükdə, (bundan sonra birlikdə “CCPA” adlandırılacaq) müqayisə edilə bilən müddəalar halında aşağıdakılar tətbiq edilir:

Aşağıdakı hüquqlarınız mövcuddur:

  • biznesin istehlakçı haqqında hansı şəxsi məlumatları topladığını, o cümlədən şəxsi məlumat kateqoriyalarını, şəxsi məlumatların toplandığı mənbə kateqoriyalarını, şəxsi məlumatların toplanması, satılması və ya paylaşılmasının biznes və ya ticarət məqsədini, biznesin şəxsi məlumatları açıqladığı üçüncü tərəf kateqoriyalarını və biznesin istehlakçı haqqında topladığı şəxsi məlumatların konkret hissələrini bilmək;
  • şirkətin istehlakçıdan topladığı şəxsi məlumatları silmək (bəzi istisnalarla);
  • şirkətin istehlakçı haqqında saxladığı yanlış şəxsi məlumatları düzəltmək;
  • şirkətin şəxsi məlumatlarını satması və ya paylaşması üçün artıq razılıq verməmək (müvafiq hallarda);
  • şirkətin həssas şəxsi məlumatların istifadəsi və ya açıqlanmasına məhdudiyyətlər qoymaq (müəyyən istisnalarla, müvafiq hallarda);
  • hüquqların həyata keçirilməsi ilə bağlı bərabər rəftar edilmək.

Kaliforniyada həssas məlumatların açıqlanması. Aşağıdakı həssas şəxsi məlumat kateqoriyalarını toplayırıq (Kaliforniya qanunvericiliyində müəyyən edilən təriflərə uyğun olaraq): biometrik məlumat, coğrafi mövqe, sosial sığorta nömrəsi və ya şəxsiyyəti təsdiq edən başqa sənəd, hesaba giriş, ödəniş məlumatları. Bu məlumat tranzaksiyaların işlənməsi, qanunların icrası, biznesimizin idarə edilməsi və ya xidmətlərin təmin edilməsi üçün toplanır. Nəzərə alın ki, belə məlumatları Kaliforniyanın məxfilik hüquqları haqqında qanununun 1798.121.-ci bölməsində müəyyən edilən məqsədlər xaricində istifadə etmirik.

Kuki siyasətimiz

Bu Kuki siyasəti (“Siyasət”) Airalo-nun veb-sayt və ya tətbiqlərimizə daxil olan zaman məlumat toplamaq və saxlamaq üçün kukilərdən və bənzər texnologiyalardan necə istifadə etdiyini təsvir edir. O, Ümumi şərtlərimizlə və Xidmətlərimizin istifadəçisinizsə, Xidmətlərimizdən istifadə şərtləri ilə birlikdə oxunmalıdır.

“Airalo”, “biz”, “bizim” və ya “bizi” dedikdə, Sinqapurda 6 Raffles Blvd, #03-308 Marina Square, Singapur 039594 ünvanında qeydiyyatdan keçmiş AirGSM Pte Ltd şirkətini nəzərdə tuturuq.

‘Kukilər və bənzər texnologiyalar’ nədir? Kukilər istifadə etdiyiniz veb-sayt və ya tətbiqlərin tələbi ilə cihazınıza (kompüter, planşet və ya smartfonunuza) yerləşdirilən kiçik mətn fayllarıdır. Onlar birinci və ya üçüncü tərəfə aid kukilər, vacib və vacib olmayan kukilər ola bilərlər. Bu terminlərin mənasını və müxtəlif kukil növlərindən necə istifadə etdiyimizi aşağıda izah edirik.

‘Etiketlər’, ‘izləmə pikselləri’, ‘veb-mayaklar’, ‘şəffaf gif-lər’ və ‘sosial plaginlər’ kimi bənzər texnologiyalar çox vaxt veb-sayt sahiblərinə istifadəçilər haqqında daha yaxşı anlayış əldə etməyə kömək etmək üçün kukilərla birlikdə istifadə olunur.

Birinci tərəf kukiləri. Onlar baxdığınız veb-sayt, sözügedən halda Airalo veb-saytı tərəfindən təyin edilən kukilərdir. Bu kukilər sizə tutarlı və adekvat istifadə təcrübəsi təmin etməkdə yardım məqsədilə bizə məlumat təqdim edirlər. Onlar həmçinin test etdiyimiz eksperimentlər və ya yeni təkmilləşdirmələr haqqında məlumatı qeyd edir, beləliklə, onlardan necə istifadə etdiyinizi və onların nə dərəcədə effektiv olduğunu izləyə bilirik.

Üçüncü tərəf kukiləri. Bunlar baxdığınız veb-saytın sahibindən başqa biri tərəfindən təyin edilən kukilərdir, məsələn, istehlakçıların müxtəlif veb-saytlardan necə istifadə etdiklərini görmək üçün. Bu məlumat tamamilə həmin müvafiq üçüncü tərəf tərəfindən idarə edilir və məlumata onun məxfilik siyasəti tətbiq olunur. Bu kukilər haqqında ətraflı məlumat üçün veb-səhifənin aşağısındakı “Kukiləri idarə Et” linkinə klikləyin.

Vacib kukilər. Onlar veb-saytımızın əsas funksiyaları üçün tələb olunur. Bu səbəbdən onlardan imtina edə bilməzsiniz. Məsələn, onlardan olduğunuz yer haqqında məlumatları və ya qəbul etdiyiniz və ya imtina etdiyiniz başqa kukiləri xatırlamaq üçün istifadə edirik.

Vacib olmayan kukilər müxtəlif kuki növlərinə bölünə bilər:

  • Funksionallıq kukiləri - cihazınız, eləcə də veb-saytda konfiqurasiya etdiyiniz hər hansı parametrlər haqqında məlumat toplamaq üçün istifadə olunur. Məsələn, üstünlük verdiyiniz dili xatırlamaq. Fərdiləşdirilmiş məzmun təqdim etmək üçün bu məlumatlardan istifadə edirik.
  • Marketinq kukiləri - cihazlarınızda veb-saytlarımızdan istifadənizlə əlaqəli məlumatlara əsasən hansı təbliğat məzmununun sizə daha uyğun olduğunu müəyyən etmək üçün istifadə olunur.

Kukilərindən necə imtina edə bilərsiniz. Vacib olmayan kukilərə hər zaman "yox" deyə bilərsiniz. Veb-səhifənin aşağısındakı “Kukiləri idarə et” linki vasitəsilə hansı kukilərdən istifadə etdiyimizi nəzərdən keçirə və seçimlərinizi yeniləyə bilərsiniz.

Brauzerinizə veb-saytımıza aid kukiləri rədd etmək tapşırığı da verə bilərsiniz. Əksər brauzerlər kukiləri tamamilə rədd etmək və ya veb-sayt kuki tətbiq etməyə, yaxud yeniləməyə çalışdıqda, xəbərdarlıq etmək imkanı təklif edir. Çox sayda cihazdan istifadə edirsinizsə, bütün cihazlarda brauzerinizi yeniləməli ola bilərsiniz. Ətraflı məlumatı brauzerinizin Yardım funksiyasında tapa bilərsiniz.

What are web beacons and how are they used by Airalo? Webpages and HTML emails may contain a small snippet of code called a web beacon. Veb-mayaklar veb-sayta qrafik şəkil tələbi vasitəsilə məlumat ötürməyə və ya toplamağa imkan verir. Airalo veb-mayaklardan kukilərə bənzər qaydada saytdan istifadə analitikası, reklam auditi və hesabatı, məzmun və reklamın fərdiləşdirməsi daxil olmaqla, bir çox məqsəd üçün istifadə edə bilər.

Can you manage web beacons? Each browser provides users with functionality in their respective technical settings that can be used to prevent the automated download of images, pixels, beacons or other tracking technologies. Brauzerinizin e-məktub göndəricisi ilə birbaşa əlaqə qurmasının qarşısını almaq istəyirsinizsə, brauzerinizi buna uyğun tənzimləyə bilərsiniz.

eSIM kartlarını sınamağa, əlaqə üsulunuzu dəyişməyə hazırsınızmı?

eSIM kartlarınızı istənilən vaxt, istənilən yerdən satın almaq, idarə etmək və balansı artırmaq üçün Airalo tətbiqini endirin!

Airalo | Download mobile app
Airalo | Use your Free Credit

Qazandığınız kreditdən istifadə edin.

Tövsiyə kodunuzu dostlarınızla bölüşməklə USD $3.00 dəyərində Airmoney qazana bilərsiniz.