eSIM kartlarının iş prinsipi haqqında bilməli olduğunuz hər şey

Xaricdə bağlantı imkanı səyahətçilərin uzun müddətdir yaşadığı çətinlikdir. Yerli SIM kart almağın çətinliklərindən beynəlxalq xidmətə görə çox yüksək haqq tutmağı sevən ölkədaxili operatorlara qədər üfüqdə yaxşı həll yolu görünmürdü.

Əslində isə belə həll yolu mövcuddur. Əslində, eSIM artıq bir neçə ildir mövcud olsa da, layiq olduğu diqqəti hələ indi cəlb etməyə başlayır.

Heç eSIM-in necə işlədiyi haqqında düşünmüsünüz? Şad xəbər!

Səyahəti asanlaşdıran və yolda əlaqə yaratmağınızı təmin edən bu möhtəşəm texnologiya haqqında bilməli olduğunuz hər şeyi burada tapacaqsınız.

 

eSIM nədir və nə üçün vacibdir?

Bütün telefonlar mobil internet və mobil xidmətə çıxış üçün SIM kart tələb edir. Əksər hallarda istifadəçilər bu həssas detalı altlığa yerləşdirməli və telefona daxil etməlidirlər. (Köhnə telefondan istifadə edirsinizsə, yenə də telefonun arxa qapağını açıb kartı yuvaya daxil etməli ola bilərsiniz).

Özünüz də bilirsiniz. Daim SIM kartı bir telefondan digərinə keçirmək... və ya SIM kartdan SIM karta keçmək çox usandırıcı ola bilər.

Əksinə, eSIM daxildə qurulan SIM kart – birbaşa telefonun sxem platasına yerləşdirilən kiçik çipdir. Yeni telefonların çoxunda ənənəvi SIM altlığı ilə yanaşı o da mövcuddur.

eSIM kartının ənənəvi SIM kartlarla müqayisədə bir neçə üstünlüyü mövcuddur. Məsələn:

  • Çox sayda eSIM internet planı saxlaya bilərsiniz: Fiziki kartda olduğu kimi sadəcə bir planla məhdudlaşmalı deyilsiniz.
  • Onlar daha güclü telefonlar istehsal etməyə imkan verir: eSIM SIM kartın altlığı ilə birlikdə tutduğu yerlə müqayisədə çox az yer tələb edir. Onların bu qədər populyar olmasının səbəblərindən biri istehsalçılara başqa komponentlərin ... məsələn, batareyanın ölçüsünü artırmaq imkanı yaratmalarıdır.
  • Artıq aparat detalları ilə əziyyət çəkməyə ehtiyac yoxdur: Xoşbəxtlikdən, yeni telefonlarda arxa paneli açaraq komponentləri xarici təsirlərə məruz qoymaq tələb olunmur. Daha da vacibi, eSIM sizi kart altlığının dəliyinə uyğun kargüzarlıq sancağı axtarmaq əziyyətindən xilas edir.
     

eSIM kartının iş prinsipi necədir?

eSIM mahiyyət etibarilə rəqəmsallaşmış fiziki SIM kartdırsa, iş prinsipi də eynidirmi?

Bu sual bizə tez-tez ünvanlanır. Qısa cavab "bəli"dir.

ESIM funksiyasını dəstəkləyən bütün telefonların parametrlərində mobil planın əlavə edilməsi seçimi mövcuddur. ( iPhone üçün xüsusi təlimatlar.) Airalo satış platformasından internet planı satın aldıqda, eSIM-i birbaşa tətbiqdən, QR kod vasitəsilə və ya eSIM məlumatlarını əl ilə daxil etməklə quraşdıra biləcəksiniz. Bunun üçün bir neçə saniyə tələb olunur və sizə verilmiş müddət üçün müəyyən həcmdə mobil internetin daxil olduğu (paketinizdən asılı olaraq) plan təqdim edilir.

Bunları bilnməlisiniz:

  • İnternet planı normal operatorunuzun planından tamamilə ayrıdır: Həddindən yüksək beynəlxalq trafik xərcləri yoxdur və telefon nömrənizdən istifadə etməyə davam edə bilərsiniz.
  • eSIM yerli şəbəkələrə qoşulur: Airalo-nun eSIM kartları 200-dən çox ölkədə işləyir və sürətli interneti hər zamankından əlçatan edir.
  • Airalo təmassızdır və eSIM internet planını istənilən vaxt yeniləyə bilərsiniz: Plan balansını artırmaq və ya başqa plana keçmək üçün beş dəqiqədən az vaxt tələb olunur.

Dual SIM eSIM ilə eynidir?

Hər zaman yox.

Dual SIM sadəcə o deməkdir ki, telefon bir neçə SIM kartı dəstəkləyə bilir. Lakin, bu ikinci SIM kartın mütləq eSIM olacağını bildirmir. Çox sayda telefon dual SIM funksiyasını dəstəkləsə də, eSIM-i dəstəkləmir. Onların iki fiziki SIM kart yuvası var – altlıqda bunu asanlıqla görə biləcəksiniz.

Başqa Dual SIM telefonlar SIM, eSIM, hətta eyni vaxtda iki eSIM kartını dəstəkləyir.

Hansı telefonlar eSIM istifadə edə bilir?

Siyahı daim yenilənir, lakin hər zaman eSIM funksiyasını dəstəkləyən cihazların göstərildiyi siyahımıza müraciət edə bilərsiniz.

(eSIM-dən istifadə edilə bilən 12 ən yaxşı telefon haqqında fikrimiz.)

eSIM harada istifadə oluna bilər (bilməz)?

Hazırda Airalo mağazasından 200-dən çox ölkə və bölgə üçün eSIM planları əldə edə bilərsiniz. eSIM kartları bir qayda olaraq Avropa ölkələrinin çoxunda, Kanada, Honkonq, Hindistan, Qətər, Sinqapur, Tayvan və ABŞ kimi kommerisya mərkəzlərində əsas şəbəkə operatorları tərəfindən dəstəklənir.

Gedəcəyiniz yerdə eSIM internet planının mövcudluq ehtimalı yüksəkdir.

Həmçinin cari operatorunuza aid eSIM-dən istifadə edə bilərsiniz. Əksər hallarda bu fiziki SIM kartın əvəzinin sifariş edilməsinə bənzəyir. Operatorunuzla əlaqə saxlamalı, yaxud bəzi hallarda fiziki mağazaya getməli olursunuz, odur ki, mütləq bir qədər vaxt aparacaq.

Macəralar sərhəd tanımır – Airalo ilə mobil internetin də sərhədi yoxdur

Budur, artıq eSIM kartının necə işlədiyini bilirsiniz. Sadəcə yadda saxlayın ki, onlar mahiyyət etibarilə rəqəmsallaşmış fiziki SIM kartlardır. Telefonunuzun sxeminə yerləşdirilən çip olduğuna görə onu heç vaxt itirməyəcəksiniz. Üstəlik birdən çox kartınız ola bilər. Bu o deməkdir ki, hara getsəniz (demək olar ki), yerli internet planlarından zövq ala biləcəksiniz.

Bu hamı üçün uduşlu vəziyyətdir və sürətlə tez-tez səyahət edənlər arasında əsas tendensiyaya çevrilir. Airalo eSIM planlarını burada nəzərdən keçirin.


eSIM kartlarını sınamağa, əlaqə üsulunuzu dəyişməyə hazırsınızmı?

eSIM kartlarınızı istənilən vaxt, istənilən yerdən satın almaq, idarə etmək və balansı artırmaq üçün Airalo tətbiqini endirin!

Airalo | Download mobile app
Airalo | Use your Free Credit

Qazandığınız kreditdən istifadə edin.

Tövsiyə kodunuzu dostlarınızla bölüşməklə US$3 məbləğinə bərabər Airmoney krediti qazana bilərsiniz.