Airalo eSIM kartından istifadə: TTVS və resurslar

eSIM "daxildə qurulmuş SIM" deməkdir. Daxildə qurulmuş SIM kartı virtual SIM kartı kimi təsəvvür edə bilərsiniz. Daxildə qurulan SIM birbaşa cihazınızın daxilində qurulduğundan artıq internet planlarını dəyişmək üçün kartları əvəzləməyə ehtiyac qalmır. Əvəzində Airalo tətbiqindən internet planlarını endirə, quraşdıra və dərhal istifadə edə bilərsiniz.

Əslində, eSIM adi SIM ilə tam eyni funksionallığa malikdir və aşağıdakı kimi bütün əməliyyatları yerinə yetirməyinizə imkan verir:

  • Lokal internet üçün mobil şəbəkədən istifadə edin
  • Zəng etmək, SMS göndərmək üçün mobil xidmətdən istifadə edin
  • Məlumatların baxılması, skan edilməsi, saxlanması, axtarışı və cihazınıza endirilməsi
  • Teleon xəttinizi dəyişsəniz də, nömrənizi saxlayın
  • Heç vaxt rouminq xərclərinə görə narahat olmayın
  • Çip daxil etmək əvəzinə eSIM planınızı rəqəmsal olaraq aktivləşdirin
  • İnternet planınızı lokal, regional və ya qlobal plana keçirmək üçün Airalo tətbiqinə toxunun
  • Ehtiyacınıza ən uyğun planı seçərək internetdən maksimum istifadə edin

Cihazınızın eSIM funksiyasını dəstəkləyib-dəstəkləmədiyini yoxlamaq üçün buradaəhatəli siyahımızı nəzərdən keçirin.

Airalo-nun onlayn resursları və təlimatları

eSIM kartınızı quraşdırmaq, istifadə və idarə etmək üçün Airalo resurs və təlimatlarının siyahısı:

  • Airalo haqqında ətraflı məlumat üçün baxın: Airalo haqqında
  • Airalo Airmoney-dən istifadə, eSIM kartının iOS və ya Android-də quraşdırılması və ümumi nasazlıqların aradan qaldırılması haqqında suallarınız üçün.Airalo Yardım Mərkəzinə daxil olun.
  • Yardım Mərkəzində sualınıza cavab tapmasanız, dəstək komandamızla əlaqə saxlamaq üçün əlaqə formamızı doldurun və ya bizə e-məktub göndərin.
  • Afilə edilmiş şəxs olmaqda və ya bizimlə tərəfdaşlıq etməkdə maraqlısınızsa, Tərəfdaşlıqlarsəhifəsinə daxil olun.
  • eSIM texnologiyası ilə əlaqədar yeniliklərdən xəbərdar olmaq istəyirsinizsə, bloqumuza baş çəkin.
  • Videotəlimatlar və başqa onlayn məzmun axtarırsınızsa, YouTube kanalımıza abunə olun.

TTVS eSIM-lər haqqında

S: SIM nə deməkdir?

C: Abunəçi eyniləşdirmə modulu

S: eSIM balansı artırıla bilərmi?

C: eSIM-dən asılıdır. Bəzilərinin balansı onlayn rejimdə artırıla bilər, balans artımı seçimi mövcud olmadıqda, yeni eSIM satın ala bilərsiniz. Airalo tətbiqində "Mənim eSIM kartlarım" tab-vərəqəsində eSIM kartınızda balans artımının aktiv olub-olmadığını yoxlaya bilərsiniz.

S: eSIM qiymətləri nə üçün fərqlidir?

C: Müxtəlif provayderlər regional məhdudiyyətlərdən, bazar rəqabətindən və qaydalardan asılı olaraq müxtəlif qiymətlər təklif edirlər. eSIM qiymətləri regiondan regiona dəyişə bilsə də, Airalo-nun regiona uyğun rəqabətədavamlı bazar qiyməti təklif edəcəyinə hər zaman əmin ola bilərsiniz.

S: eSIM etibarlılıq müddəti nədir?

C: Etibarlılıq müddəti o deməkdir ki, eSIM kartınız planınızda ayrılan vaxt müddətində aktiv qalacaq. Birhəftəlik etibarlılıq müddəti olan eSIM almısınızsa, eSIM alındıqdan bir həftə sonra istifadə edilə bilməyəcək.

S: İnternet limitim nə qədərdir?

C: İnternet limitiniz paketinizdən və etibarlılıq müddətindən asılı olacaq. Təsəvvür edək ki, 1QB internet və birhəftəlik etibarlılıq müddəti ilə eSIM satın almısınız. İnternet trafikiniz və ya etibarlılıq müddəti bitdikdən sonra balansı artırmalı və ya başqa eSIM paketi almalı olacaqsınız.

Daha çox sualınız var? Kömək üçün buradayıq! Əlavə məsləhət üçün dəstək xidməti komandamızla əlaqə saxlayın.


eSIM kartlarını sınamağa, əlaqə üsulunuzu dəyişməyə hazırsınızmı?

eSIM kartlarınızı istənilən vaxt, istənilən yerdən satın almaq, idarə etmək və balansı artırmaq üçün Airalo tətbiqini endirin!

Airalo | Download mobile app
Airalo | Use your Free Credit

Qazandığınız kreditdən istifadə edin.

Tövsiyə kodunuzu dostlarınızla bölüşməklə US$3 məbləğinə bərabər Airmoney krediti qazana bilərsiniz.