Beynəlxalq eSIM kartının iş prinsipi. Əhatəli təlimat kitabçanız

Əlaqəni itirməməyə çalışır, lakin fiziki SIM kartla əziyyət çəkmək istəmirsinizsə, doğru ünvandasınız. eSIM texnologiyası sizin üçün bütün dünyada kartsız səyahət imkanı yaradır.

eSIM xaricdə olduğunuz və ya fiziki SIM kart əldə edə bilmədiyiniz zaman mobil internetə tələb əsasında çıxış üçün istifadə edə biləcəyiniz sürətli və rahat həll yoludur. eSIM ilə mobil internet planı Airalo tətbiqi vasitəsilə ala və QR koddan istifadə edə, əl ilə endirə və ya eSIM kartı dəstəkləyən cihaza birbaşa quraşdıra bilərsiniz.

Bu qədər sadə – sonuncu dəfə sizə bu qədər asan başa gəlib, xüsusilə də söhbət xaricə səyahətdən gedirsə?

Başa düşürük. eSIM funksiyasını dəstəkləyən smartfonlar cəmi bir neçə ildir ki, mövcuddur. Beynəlxalq eSIM kartlarının iş prinsipini öyrənmək istəyirsinizsə, doğru ünvandasınız. Bəzi məqamlara işıq salmaq üçün bu möhtəşəm yeni texnologiyaya yaxından baxacağıq.

Xaricə səyahət üçün eSIM nədir?

Xaricə növbəti səfəriniz üçün telefon xidməti seçimlərini araşdırmısınızsa, gərək ki, seçimin məhdud olduğunu bilirsiniz. Çox sayda operator həddən artıq yüksək beynəlxalq tarif təyin edir (və ya buz dövründən qalma 2G sürətli ilə ödənişsiz qlobal internet təklif edir). Yəqin ki, sadəcə Wi-Fi qoşulma nöqtəsinə keçməklə bundan yayınmağı düşünürsünüz, lakin onun da təhlükəsizliklə bağlı öz riskləri var - üstəlik Wi-Fi hər zaman hər yerdə tapılmır.

Lakin, qismən yeni telefondan istifadə edirsinizsə, daha yaxşı seçimdən yararlana bilərsiniz: eSIM.

eSIM və ya "daxildə qurulan abunəçi eyniləşdirmə modulu" telefonunuzun sxemində qurulan çipdir. O, telefonunuzun internet xidməti ilə təmin edilməsi üçün proqram təminatına etibar etməklə ənənəvi SIM kartı əvəzləyir.

eSIM proqram təminatına əsaslandığına görə xidmətin SIM karta bağlı qalması əvəzinə operatorları və ya planları sürətlə və tez-tez dəyişə bilərsiniz. Airalo kimi eSIM internet planı satış platformasına daxil olun, uzun və ya qısamüddətli olmasından asılı olmayaraq səyahət ehtiyaclarınıza uyğun paket seçin.

eSIM kartınızı kənarlaşdırmağı tələb etmədiyinə görə xaricə səfər üçün xüsusilə əlverişlidir. Səyahət zamanı əsas SIM kartınız deaktiv ediləcək (Dual SIM ikili gözləmə rejimindən istifadə etmirsinizsə). Evə qayıdan kimi əsas SIM kartınızdan istifadəni dərhal bərpa edə bilərsiniz. eSIM funksiyasını dəstəkləyən smarfonların və başqa cihazların faydalı siyahısı ilə burada tanış ola bilərsiniz.

 

Beynəlxalq eSIM kartının iş prinsipi necədir?

eSIM bəzi operatorların müəyyən etdiyi hədsiz dərəcədə yüksək xidmət haqları, getdiyiniz yerdə fiziki SIM kart axtarmağın çətinlikləri olmadan beynəlxalq trafik əldə etmək üçün rahat həll yolludur. Hər zamankı SIM kartınızı əvəz edəcəyiniz fiziki SIM kart almaq əvəzinə Airalo kimi tətbiq vasitəsilə internet planına görə ödəniş edəcəksiniz. Sonra internet planını telefonunuzda aktivləşdirmək üçün bir neçə sadə addıma əməl edəcəksiniz.

eSIM fakturasız eSIM planları təklif edən yerli xidmət provayderlərinə və rabitə qüllələrinə bağlanır. Provayderlər bunları artıq təklif edirlər — Airalo onları sizin üçün əlverişli yerdə toplayır.

Sizin üçün eSIM yerli SIM karta malik olmaq kimidir, lakin hər zamankı nömrənizdən istifadə etməyə davam edəcəksiniz (Dual SIM ikili gözləmə rejimi varsa – əksər cihazlarda var). İki SIM kart texnologiyanız yoxdursa, telefonunuz yalnız internet cihazı kimi işləyəcək, lakin yenə də WhatsApp və ya Telegram kimi xidmətlərdən istifadə edərək yazılı mesaj göndərə və ya zəng edə biləcəksiniz.

Beynəlxalq eSIM nə üçün lokal SIM kartdan daha yaxşıdır?

Lokal SIM kartlar xaricə gedən səyahətçilər arasında ən populyar seçimlərdən biridir. Lakin onlar səyahətçilərin maraqlandıqları yeganə seçim deyil. 2019-cu ildə aparılan sorğuya əsasən, istehlakçıların 60 faizi təklif ediləcəyi halda eSIM xidmətini seçərdilər.

Beynəlxalq eSIM kartının lokal SIM kart üzərində aşkar üstünlükləri mövcuddur. Onlara daxildir:

  • Konkret ölkələr üçün deyil, regionlar üçün nəzərdə tutulan internet planları:Xaricdə çox sayda yerə səyahət edirsinizsə, hər dəfə başqa ölkəyə getdikdə, yeni SIM kart satın almalı olacaqsınız. Əksinə, regional eSIM internet planı bütöv səyahətiniz boyunca xidmətdən zövq almağınıza imkan verəcək.
  • Yerli qiymətlərlə aydın ifadə edilən lokal planlar: Airalo kimi eSIM satış platformalarında hansı qiymətə nə əldə edəcəyiniz göstərilir. Hava limanında səlahiyyətli dilerlə iş görsəniz belə, şəxsən alış zamanı hər zaman belə olmaya bilir.
  • İnternet planlarını əvvəlcədən almaq imkanı: Təyyarədən addımınızı atan kimi telefon xidmətini prioritetə çevirərək özünüzü stresə salmaq əvəzinə telefonunuzda eSIM internet planını aktivləşdirib yolunuza davam edə bilərsiniz.
  • Bir telefonda çox sayda eSIM planlarının saxlanması: Əksər cihazlar sizə çox sayda eSIM internet planını bir cihazda saxlamaq imkanı verir. Bu, çox sayda fiziki SIM karta nəzarət etməkdən qat-qat asandır.
  • Ehtiyacınıza uyğun günlük, həftəlik və ya aylıq sərbəst qrafikli planlar:Fakturasız lokal SIM kartların çoxu sizdən bütövlükdə bir aylıq xidmət haqqını ödəməyi tələb edə bilər. Lakin xidmətə bir neçə gün və ya həftə ehtiyacınız varsa, bu artıq ödəniş etmənizə gətirib çıxara bilər. Əksinə, eSIM ehtiyaca uyğunlaşa bilir, məhz lazım olan həcmdə və ya müddətdə internet satın ala bilərsiniz.

Beynəlxalq eSIM ilə istədiyiniz kimi gəzin

Artıq beynəlxalq eSIM kartının necə işlədiyini bilirsiniz, deməli, növbəti dəfə səyahətə çıxan zaman ixtiyarınızda daha bir alət olacaq. eSIM baş ağrılarından, bağlantı ilə əlaqədar qeyri-müəyyənliklərdən və ya ağrılı fakturalardan uzaq mobil internet deməkdir. 200-dən çox ölkə və bölgəni əhatə edən Airalo satış platforması sayəsində əlaqə yaratmaq heç vaxt olmadığı qədər asandır.

Növbəti böyük səfərinizi planlaşdırırsınız? Sizi hansı imkanların gözlədiyini görmək üçün burada Airalo mağazasını nəzərdən keçirin.


eSIM kartlarını sınamağa, əlaqə üsulunuzu dəyişməyə hazırsınızmı?

eSIM kartlarınızı istənilən vaxt, istənilən yerdən satın almaq, idarə etmək və balansı artırmaq üçün Airalo tətbiqini endirin!

Airalo | Download mobile app
Airalo | Use your Free Credit

Qazandığınız kreditdən istifadə edin.

Tövsiyə kodunuzu dostlarınızla bölüşməklə US$3 məbləğinə bərabər Airmoney krediti qazana bilərsiniz.