iPhone üçün beynəlxalq SIM kartlar: əhatəli təlimat

2007-ci ildə ilk iPhone işıq üzü görəndən bəri Apple dünyanın beş ən güclü smartfon provayderi arasındadır. 2020-ci ilin sonuna olan məlumata görə Apple qlobal smartfon bazarının 13.9 faizini əlində saxlayır. Bu, dünya üzrə altı nəfərdən biri deməkdir.

Səyahətə çıxarkən iPhone-ununuzu özünüzlə aparmaq (əvvəlcədən bir neçə addımı atmaq şərtilə) tamamilə təhlükəsiz olsa da, xaricdə xidmət əldə etmək üçün hansı seçimlərinizin olduğu hər zaman bəlli olmur.

Seçimlərdən biri beynəlxalq SIM kartdan istifadə etməkdir. (Xeyr, o, lokal SIM kartla eyni deyil!)

iPhone üçün beynəlxalq SIM kartına, o cümlədən onun nə olduğuna, getdiyiniz hər yerdə əlaqə yaratmağınıza necə kömək edə biləcəyinə yaxından baxaq.

Beynəlxalq SIM kart nədir?

Operatorların çoxu insanların əksini düşünmələrini istəsə də, mobil internet beynəlxalq sərhədlərdə bitmir. Operatorun infrastrukturu bitə bilər, lakin mobil texnologiyanın inkişafı ilə bu fikrin gerçəklik payı getdikcə azalır. 

Vahid bir SIM kartla beynəlxalq müstəvidə mobil internetə çıxış əldə edə bimək , üstəlik operatorların fakturanıza əlavə etməyi sevdikləri o həddən artıq yüksək rouminq xərclərindən xilas olmaq istərdinizmi?

Görünür, bu tamamilə mümkündür.

Beynəlxalq SIM kart mobil internetin mövcud olduğu hər yerdə işləyən SIM kartlar sinfidir. Faktura, internet paketi və telefon nömrəsi bir kartda. Bəzi nümunələrə daxildir:

Beynəlxalq SIM kartlar xaricə tez-tez səyahət edən, xüsusilə səfərləri konkret region və ya qitə ilə məhdudlaşmayan çox sayda insanın üstünlük verdiyi üsullardan bitidir. 

Beynəlxalq SIM kartın üstünlükləri

Səyahət zamanı beynəlxalq SIM kartlar başqa mobil internet həlləri ilə müqayisədə çoxsaylı üstünlüklərə malikdir. Çox sayda ölkənin zəng xidmətini bir karta sığdırmaqla yanaşı, onlar:

  • Daha geniş əhatə dairəsi təmin edir: Beynəlxalq SIM kartlar səyahət üçün idealdır. Onlar bir qayda olaraq beynəlxalq rouminq və ya lokal SIM kartlarla müqayisədə daha yaxşı əhatə dairəsi təmin edirlər.
  • Beynəlxalq rouminqlə müqayisədə qiymətləri daha münasibdir:Beynəlxalq SIM kartla əlaqəli xərclər çox vaxt ölkə daxili xərclərlə müqayisə edilə bilən səviyyədə olur.
  • Hər şeyi bir dildə təqdim edirlər: Paketin məhz nədən ibarət olduğunu anlamaq üçün xarici dillərdəki interfeyslərlə əziyyət çəkməyə ehtiyac yoxdur.
  • Onlayn rejimdə idarə edilə bilir:Əksər xidmətlər hər şeyi bir portalda təmin edir.

eSIM, lokal SIM və iPhone üçün beynəlxalq SIM kartı arasında fərq nədədir?

Beynəlxalq SIM kartlar az bilinən, lakin səyahətçilər üçün əlverişli variantdır və onların müəyyən qədər ümumi adı hələ də zaman-zaman çaşqınlıq yaradır. (Məsələn, Google-da "iPhone üçün beynəlxalq SIM kartlar" sözləri ilə axtarış aparsanız, hələ də qarşınıza xaricdə iPhone-dan istifadə haqqında məsləhətlər çıxa bilər).

Beynəlxalq eSIM, lokal SIM kart və iPhone üçün beynəlxalq SIM kartlar arasında fərqlərə qısaca nəzər salaq.

1. O, səyahətə çıxmazdan əvvəl satın almalı olduğunuz fiziki kartdır

Discover Global eSIM-dən fərqli olaraq beynəlxalq SIM kartı fiziki kartdır. Beləliklə, səyahətə yola düşməzdən əvvəl onu satın almalı və aktivləşdirməlisiniz.

Aktivləşdirmə zamanı ortaya çıxa biləcək hər hansı problemi həll etmək üçün vaxt qazanmaq məqsədilə çatdırılma üçün azı bir həftə vaxt nəzərdə tutmağı tövsiyə edirik.

Bənzər qaydada iPhone-unuzun kilidli olmadığını dəqiqləşdirin. Beynəlxalq SIM kartlar başqa üçüncü tərəf SIM kartları kimi kilidli telefonda işləmir.

2. Universal həll yoludur – müəyyən ölkələrdə başqa seçim yoxdur

Beynəlxalq SIM kartlar tez-tez bütün dünyada müxtəlif ölkələrə səfər edən səyahətçilər üçün optimal seçimdir. Onlar sizi hər yeni dayanacaqda yerli SIM kart axtarmaq stresindən, xaricdə internetdən istifadə etdiyinizə görə sizdən xərc tutmaq istəyən ölkədaxili operatorlarla iş görmək əziyyətindən xilas etmək üçün yaradılıb. Məsələn, Airalo Discover Global eSIM yüzlərlə ölkəni əhatə edir, beləliklə, sərhədsiz internet bağlantısından zövq ala bilirsiniz.

Onlar gəmi heyətinin üzvləri və ya beynəlxalq ofislər arasında işgüzar səfərlər edənlər üçün idealdır.

Lakin bir ölkəyə, yaxud hətta bir regiona yola düşürsünüzsə, qlobal SIM kart izafi təsir bağışlaya bilər. Beynəlxalq SIM kartın lazımsız xidmətə görə ödəniş etməyinizə gətirib çıxarıb-çıxarmayacağını düşünün. Bu halda ölkə üçün məxsusi eSIM və ya hətta regional eSIM daha yaxşı seçim ola bilər.

3. eSIM ilə beynəlxalq SIM kartdan istifadə edə bilərsiniz

Smartfonunuz iPhone XR və ya daha yeni versiyadırsa, deməli, telefonunuz eSIM funksiyasını dəstəkləyir. Bu o deməkdir ki, beynəlxalq SIM kartınızla başqa şey edə, ondan eSIM ilə birlikdə istifadə edə bilərsiniz.

Müəyyən bir ərazidə bir az vaxt keçirirsinizsə, eSIM internet paketi mobil internetinizi tamamlaya bilər. O sizə yerli tariflərlə mobil internetə çıxış imkanı verə, SIM kartınızda rouminq trafikinin sərf edilməsindən yayınmağa yardım edə bilər.

Bənzər qaydada beynəlxalq SIM kartların çoxu sizə telefon nömrəsi təqdim etdiyinə görə səyahət edərkən həmin nömrə ilə zəng etməyə və ya SMS göndərməyə davam edə biləcəksiniz. Və qısa müddət üçün beynəlxalq SIM kartınız lazım olarsa, iPhone-ununuzda xətləri asanlıqla aktiv və ya deaktiv edə bilərsiniz.

iPhone-da eSIM istifadə etmək üçün daha bir neçə fənd.

iPhone-ununuz üçün beynəlxalq SIM kart əldə etməyi düşünürsünüz? Qlobal eSIM əldə edin

iPhone ilə beynəlxalq SIM kartlardan istifadə etmək tamamilə mümkündür. Səyahət planlarınızdan asılı olaraq beynəlxalq SIM kart əlverişli və sərfəli seçim ola bilər. Lakin, fiziki SIM kartlar və xaricə səyahətlə əlaqədar çətinliklər hələ də qalır. Cari SIM kartınızın kənarlaşdırılmasından, beynəlxalq SIM kartınızın vaxtında çatdırılmasının təmin edilməsinə qədər görülməli olan işlər çoxdur.

Global eSIM dəfələrlə daha asan həll yoludur. Airalo-dan global eSIM əldə edin, istədiyiniz vaxt, istədiyiniz yerdə əlaqə yaradın. Daha yaxşı nə ola bilər?


eSIM kartlarını sınamağa, əlaqə üsulunuzu dəyişməyə hazırsınızmı?

eSIM kartlarınızı istənilən vaxt, istənilən yerdən satın almaq, idarə etmək və balansı artırmaq üçün Airalo tətbiqini endirin!

Airalo | Download mobile app
Airalo | Use your Free Credit

Qazandığınız kreditdən istifadə edin.

Tövsiyə kodunuzu dostlarınızla bölüşməklə US$3 məbləğinə bərabər Airmoney krediti qazana bilərsiniz.