Press-reliz: Airalo B seriyası maliyyələşdirmə mərhələsində 60 milyon dollar topladı

Airalo cofounders

DELAVER, ABŞ — Qlobal internet sahəsində inqilab yaradan eSIM satış platforması Airalo bu gün B maliyyələşdirmə mərhələsini uğurla tamamladığını və düz 60 milyon dollar topladığını elan edib. e& qlobal texnologiya qrupunun investisiya qolu olan e& capital tərəfindən idarə edilən bu mərhələ Airalo-ya ümumilikdə 67.3 milyon dollar qazandırıb. "Antler Elevate", "Liberty Global", "Orange, T.Capital", "Rakuten Capital", "Singtel Innov8", "Telefónica Ventures", "Sequoia Capital India and SEA's" (hazrıda "Peak XV Partners" adı ilə tanınır) "Surge", "KPN Ventures" və "I2BF Global Ventures" iştirak edən nüfuzlu investor qrupları arasında idilər. Bu geniş tərkibli investorlar konsorsiumu Airalo-nun qlobal internetin əlçatanlığı və bütün dünyada səyahətçilər üçün münasib qiymətin təmin edilməsi istiqamətində köklü dəyişikliklər yaradan işinin bütövlükdə sənaye miqyasında tanındığını əks etdirir.

Bu əhəmiyyətli sərmayə qoyuluşu Airalo-nun inkişaf planını irəli aparacaq, o cümlədən onun milyonlarla istifadəçidən ibarət aktiv icmasını genişləndirəcək, qlobal komandasının gücünü artıracaq və biznes və təşikilatlara uyğunlaşdırılmış innovativ bağlantı həlli olan Airalo Partners proqramını bütün dünyaya təqdim edəcək. Ən müasir texnologiya ilə istifadəçi yönümlü yanaşmanı birləşdirən Airalo mobil şəbəkələrə problemsiz giriş vasitəsilə səyahətçilərin imkanlarını genişləndirməyə, yaşadıqları macəraları unudulmaz təcrübələrə çevirməyə davam edir.

Həmtəsisçilər Avraam Burak və Bahadır Özdəmir şirkətin nail olduğu irəliləyişə və böyüyən investor şəbəkəsinin davamlı dəstəyinə görə minnətdarlıqlarını bu sözlərlə ifadə ediblər: "Ötən illər ərzində Airalo ağrılı nöqtələri yüngülləşdirib, dünya miqyasında çox münasib qiymətli və əlçatan bağlantı təmin etməklə milyonlarla səyahətçinin yaşadığı təcrübəni təkmilləşdirib. Yeni investorlar konsorsiumu bütün dünyada sürətli bağlantıya qapı açmaq missiyamız çərçivəsində imkanlarımızı daha də genişləndirəcək".

2019-cu ildə təsis edildiyi vaxtdan bəri Airalo qlobal interneti demokratikləşdirmək, bütün dünyada səyahətçilər üçün əlçatanlığı və qiymətin münasibliyini artırmaq missiyasına sadiq qalıb. Dünyanın ən böyük eSIM platforması kimi tanınan Airalo satış platforması eSIM (rəqəmsal SIM) paketlərinə əlverişli çıxış vasitəsilə, eləcə də bütün dünyada yüzlərlə destinasiyada mobil şəbəkələrə problemsiz qoşulmaq fürsəti yaratmaqla istifadəçilərin imkanlarını genişləndirir.

Əhatə dairəsində 200-dən çox ölkə və bölgəni birləşdirən Airalo-nun müstəsna xidmətləri bütün dünyada milyonlarla istifadəçinin etimadını qazanıb. Şirkətin məsafədən işi önə çəkən yanaşması 44 ölkə və altı qitədən 250 peşəkarı özündə birləşdirən müxtəlifliyi ilə zəngin və istedadlı komandanın yaranmasına təkan verib. Bu xüsusi komandaya bütün dünyada biznes və təşkilatlarla güclü əməkdaşlıqları dəstəkləyən qlobal tərəfdaşlıq qrupu da daxildir. Qlobal cəlbediciliyinin təsdiqi olaraq Airalo-nun veb-saytı və tətbiqi 22 dildə təqdim edilir və yaxın gələcəkdə 53 dildə dəstəyin təklif edilməsi ilə genişlənmə planlaşdırılır. Hazırda Airalo tətbiqi App Store mağazasında 4.7, Google Play Store mağazasında 4.6 kimi yüksək reytinqə malikdir, çox sayda ölkədə mobil tətbiq mağazalarında 1 nömrəli səyahət tətbiqidir və bu da istifadəçi məmnuniyyətini bir daha təsdiq edir.

e& capital uğurlu maliyyələşdirmə mərhələsindən sonra Airalo ilə qüvvələrini birləşdirdiyinə görə duyduğu həyəcanı paylaşıb. "Son 18 ayda müstəsna müştəri təcrübəsini diqqət mərkəzində saxlamaqla uzun yol qət edən şirkət Airalo üçün B seriyası maliyyələşdirmə mərhələsinə rəhbərlik etməyimizə şadıq. Airalo-nun istifadəçi icmasını genişləndirmək, müxtəlifliyi ilə zəngin komandasını gücləndirmək və qlobal biznes və təşkilatlar üçün cığır açan bağlantı həlli olan son məhsulu Airalo Partners proqramını təqdim etmək bacarığına tam etimad edirik. Biz Airalo-nun səyahətlərin mütləq bir hissəsi olmaq potensialına inanırıq və onu dünya miqyasında sürətli bağlantıya problemsiz qapı açmaq yolunda dəstəklədəyimizə görə həyəcanlıyıq." - e& capital-ın idarəedici direktoru Kuşal Şah deyib.

Airalo-nun nəzərəçarpan inkişaf trayektoriyası və səyahət təcrübəsini kökündən dəyişmək məqsədinə sarsılmaz sadiqliyi ona öncül və səyahətin mütləq hissəsi adını qazandırıb. Yeni kapital və strateji tərəfdaşlıqların əlavə edilməsi ilə Airalo getdikləri yerdən asılı olmayaraq səyahətçilərin problemsiz bağlantı qura bilmələrini təmin etməklə genişlənmə prosesini sürətləndirməyə hazırdır.

KİV sorğuları üçün əlaqə saxlayın: [email protected]

Airalo haqqında

2019-cu ildə Bahadır Özdəmir və Avraam Burak tərəfindən təsis edilən Airalo dünyanın ilk və ən böyük eSIM satış platformasıdır. Platforma 200-dən çox ölkə və bölgə üçün eSIM paketləri təklif edir, səyahətçilərə olduqları yerdə mobil şəbəkələrə dərhal qoşulmaq imkanı yaradır. Airalo miyonlarla istifadəçisi və 44 ölkəni təmsil edən qlobal komandası ilə qlobal internetdə inqilab yaradır, dünya miqyasında səyahətçilərin imkanlarını genişləndirir. 

Airalo haqqında ətraflı məlumat üçün www.airalo.com.

e& capital haqqında

e& capital daha yaxşı və daha parlaq rəqəmsal gələcək formalaşdıracaq ideya və insanlara investisiya edən e&-in investisiya qoludur. O, vizyonu olan texnologiya şirkətlərini dəstəkləyir, onlara inkişaf etməkdə yardım göstərir və dünyanı irəli aparan mənalı inkişafa şərait yaradır.

e& capital daha yaxşının mümkün olduğuna inandığına görə mövcud vəziyyəti dağıtmağa, meydan oxumağa cürət edən startaplara investisiya edir. O, böyük ideyalarını gələcəyin aparıcı biznesinə çevirmək üçün cəsur sahibkarlarla əməkdaşlıq edir. 

"e& capital" haqqında ətraflı məlumar üçün https://eand.com/en/capital.jsp


eSIM kartlarını sınamağa, əlaqə üsulunuzu dəyişməyə hazırsınızmı?

eSIM kartlarınızı istənilən vaxt, istənilən yerdən satın almaq, idarə etmək və balansı artırmaq üçün Airalo tətbiqini endirin!

Airalo | Download mobile app
Airalo | Use your Free Credit

Qazandığınız kreditdən istifadə edin.

Tövsiyə kodunuzu dostlarınızla bölüşməklə US$3 məbləğinə bərabər Airmoney krediti qazana bilərsiniz.