Airalo-nun missiyası bütün səyahətçilər üçün qlobal internet əlaqəsi təmin etməkdir. Biz platforma və xidmətlərimizi Sinqapurda 6 Raffles Blvd, #03-308 Marina Square, Sinqapur 039594 ünvanı ilə qeydiyyatdan keçmiş AirGSM Pte Ltd şirkəti olaraq təqdim edirik. Biz əlaqə xidmətlərinin aqreqatoru və satış platforması kimi fəaliyyət göstəririk. Başqa sözlə, biz hər bir ölkə və ya regionda ən yaxşı initernet əlaqəsi provayderlərini tapır, onların xidmətlərini Airalo satış platformamız vasitəsilə müştərilərimiz üçün əlçatan edirik. Beləliklə, sizə dünyanın 200-dən çox ölkəsində əlaqədə qalmağa imkan verən eSIM-lər təqdim edə bilirik.
Xidmətlərimizdən (təmin etdiyimiz e-SIM-lər və əlaqəli dəstək xidmətləri) və ya platformamızdan (veb-saytımız, sosial media platformalarında Airalo tərəfindən idarə edilən səhifələr və tətbiqimiz) istifadə etməzdən əvvəl tətbiq edilən şərtləri və siyasətləri oxumağınızı xahiş edirik. Bunlara daxildir:
(birlikdə “Şərtlərimiz” adlandırılacaq)
Xidmətlərimizdən və platformamızdan istifadə Şərtlərimizi qəbul etməyinizdən asılıdır. Beləliklə, şərtləri qəbul etmirsinizsə, yaxud onlara əməl edə bilmirsinizsə, Xidmətlərimizə və ya Platformamıza daxil olmamalı və ya onlardan istifadə etməməlisiniz. Platformamızdan və ya Xidmətlərimizdən istifadə etdikdə, hər hansı məzmuna baxdıqda, kliklədikdə, qeydiyyatdan keçdikdə və ya tətbiqimizdən istifadə etdikdə, bu şərtləri qəbul edirsiniz.
Vaxtarşırı olaraq Şərtlərimizdə yenilik edə bilərik. Dəyişikliklər əhəmiyyətli olduqda, sizi xəbərdar etmək üçün əlimizdən gələni edəcəyik. Hər hansı dəyişiklik dərc edildiyi tarixdən etibarən qüvvəyə minəcək, ona görə də artıq Şərtlərimizi qəbul etmək istəmirsinizsə, Şərtlər yeniləndikdən sonra Xidmətlərimizdən və ya Platformamızdan istifadə etməyi dayandırmalısınız.
Üçüncü tərəflər. Xidmətlərimizə və ya Platformamıza üçüncü tərəfə məxsus veb-sayta və ya sosial media platformasına linklər daxil olduğu halda (məsələn, ödəniş xidməti təminatçılarımız, Facebook və ya Instagram) və həmin veb-sayt və ya sosial media platforması ilə əlaqəli ayrıca istifadə şərtləri mövcud olduqda, bu Şərtlərlə yanaşı onlara da əməl edəcəyinizi qəbul edirsiniz.
Airalo ilə məlumatın paylaşması. Məxfiliyiniz bizim üçün vacibdir. Xidmətlərimizdən və ya Platformamızdan istifadə etdiyiniz zaman haqqınızda topladığımız şəxsi məlumatlar Məxfilik siyasətimizə və Kuki Siyasətimizə müvafiq qaydada emal ediləcək.
Əqli mülkiyyət hüquqları. Platforma və Xidmətlərimizdəki bütün əqli mülkiyyət hüquqları Airalo-ya məxsusdur və ya Airalo tərəfindən lisenziyası alınmışdır. Bura müəllif hüquqları (kompüter proqram təminatımız daxil olmaqla), ticarət nişanları, nou-hau, ticarət sirləri və Platformamızın dizaynı, tərtibatı, görünüşü və yaratdığı hissiyyat (birlikdə, “əqli mülkiyyət hüquqları” adlandırılacaqlar) daxildir. Platformamızdan və Xidmətlərimizdən istifadə etməklə, onlardan yalnız nəzərdə tutulduqları məqsəd çərçivəsində və bu Şərtlərə müvafiq qaydada istifadə edəcəyinizi qəbul edirsiniz. Xidmətlərimiz və Platformamız haqqında rəyiniz bizim üçün həqiqətən çox dəyərlidir. Bizə rəy verdiyiniz halda onu Xidmətlərimizə və ya Platformamıza daxil etməyi seçə bilərik və siz təsdiq edirsiniz ki, belə rəylə əlaqədar heç bir əqli mülkiyyət hüququ yaranmır və sizə heç bir kompensasiya ödənilməməlidir.
Məsuliyyətdən imtina. QANUNLA MƏHDUDLAŞDIRILAN HALLAR İSTİSNA OLMAQLA, HEÇ BİR HALDA QARŞINIZDA DOLAYI, NƏTİCƏVİ, NÜMUNƏVİ, TƏSADÜFİ VƏ YA CƏRİMƏ XARAKTERLİ ZƏRƏRLƏRƏ, O CÜMLƏDƏN İTİRİLMİŞ GƏLİRƏ GÖRƏ, BELƏ ZƏRƏRLƏRİN MÜMKÜNLÜYÜ BARƏDƏ MƏLUMATlNDIRILMIŞ OLSAQ BELƏ, MƏSULİYYƏT DAŞIMAYACAĞIQ. BU ŞƏRTLƏRƏ ƏMƏL ETMƏDİYİMİZ TƏQDİRDƏ TƏXMİN EDİLƏ BİLƏN İTKİ VƏ ZƏRƏRİNİZƏ GÖRƏ MƏSULİYYƏT DAŞIYACAĞIQ VƏ BİZİM VƏ BİZİMLƏ ƏLAQƏLİ ŞƏXSLƏRİN QARŞINIZDAKI MƏSULİYYƏTİ HƏR HANSI HALDA ÜMUMİLİKDƏ 100,00 ABŞ DOLLARI (BİR YÜZ ABŞ DOLLARI) İLƏ MƏHDUDLAŞIR.
XİDMƏTLƏRİMİZ VƏ PLATFORMAMIZ OLDUĞU KİMİ VƏ ƏLÇATANLIQ ƏSASINDA TƏQDİM EDİLİR. XÜSUSİLƏ, ONLARIN HƏR ZAMAN MÖVCUD OLACAĞINA VƏ YA BAZA BAĞLANTI VƏ ŞƏBƏKƏLƏRİN KEYFİYYƏTİNƏ ZƏMANƏT VERMİRİK. QANUNLA İCAZƏ VERİLDİYİ HALLARDA XİDMƏTLƏRİMİZİN VƏ VEB-SAYTIMIZIN TƏQDİM OLUNMASINA TƏTBİQ EDİLƏ BİLƏCƏK BÜTÜN NƏZƏRDƏ TUTULAN ŞƏRTLƏRİ, ZƏMANƏTLƏRİ, TƏMİNATLARI VƏ YA BAŞQA ŞƏRTLƏRI İSTİSNA EDİRİK. QANUNLA İCAZƏ VERİLƏN HALLARDA XİDMƏTLƏRİMİZDƏN QANUNSUZ İSTİFADƏNİZDƏN VƏ YA BU ŞƏRTLƏRİ POZMAĞINIZDAN İRƏLİ GƏLƏN HƏR HANSI ÜÇÜNCÜ TƏRƏF HÜQUQİ PROSEDURLARINA (O CÜMLƏDƏN DÖVLƏT ORQANLARININ TƏDBİRLƏRİNƏ) QARŞI BİZİ, DİREKTORLARIMIZI, VƏZİFƏLİ ŞƏXSLƏRİMİZİ, ƏMƏKDAŞLARIMIZI VƏ PODRATÇILARIMIZI QORUMAĞI VƏ MÜVAFİQ ZƏRƏRLƏRİN ƏVƏZİNİ ÖDƏMƏYİ ÖHDƏNİZƏ GÖTÜRÜRSÜNÜZ.
Tənzimləyici qanun və məhkəmələr. Xidmətlərimizə və ya Platformamıza hansı ölkədən daxil olduğunuzdan asılı olmayaraq bu Şərtlər və onlardan irəli gələn, yaxud onlarla əlaqəli hər hansı mübahisə və ya iddia İngiltərə və Uels qanunları ilə tənzimlənəcək və onlara uyğun olaraq şərh ediləcək və İngiltərə və Uels Məhkəmələri müstəsna yurisdiksiyaya malik olacaq.
Kollektiv iddialardan imtina. Kollektiv iddia prosedurunda iddiaçı kimi iştirak etmək hüququndan imtina etdiyinizi qəbul edirsiniz. Mübahisələrin həll edilməsi üçün hər hansı hüquqi proses kollektiv, birləşdirilmiş iddia və ya təmsilçilik iddiası ilə deyil, fərdi qaydada həyata keçirilməlidir.
Şərtlərin icrası. Bu şərtlərin hər hansı hissəsini siz və ya biz hüquqi baxımdan icra edə bilmədikdə, həmin hissə yalnız icra edilə bilmədiyi dərəcədə nəzərə alınmamalı, qalan bütün müddəalar isə qüvvədə qalmalı və icra edilməlidir.
Bizimlə əlaqə. Bu Şərtlər haqqında hər hansı sualınız varsa, [email protected] ünvanı ilə əlaqə saxlayın. Xidmətlər və ya Platforma ilə əlaqəli dəstəyə ehtiyacınız varsa, [email protected] elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlayın və ya Tətbiqdə mövcud dəstək funksiyaları vasitəsilə bizə müraciət edin.
…………………………………………………………………………..
“Xidmətlərimizdən istifadə şərtləri” Xidmətlərimizin istifadəçisi olduğunuz halda tətbiq edilir və sizə aid olan digər şərtlərimizlə birlikdə nəzərə alınmalıdır.
Cihazınız. Xidmətlərimizə çıxış üçün kilidsiz, eSIM-lə istifadəyə uyğun cihaza malik olmalı və həmin cihazın yeganə məsul istifadəçisi olmalısınız. Bu məsələdə sizə kömək edə biləcək bəzi məlumatları Yadım mərkəzimizdə\ tapa bilərsiniz.
Airalo hesabınız. Airalo hesabınız şəxsən sizə məxsusdur və Airalo-nun əvvəlcədən yazılı icazəsi olmadan başqasına ötürülə və ya güzəştə gedilə bilməz. Hesabınızı istənilən vaxt öz mülahizəmiz əsasında dayandırmaq və ya ləğv etmək hüququnu özümüzdə saxlayırıq. Bunu, məsələn, təhlükəsizliklə bağlı narahatlığımız olduqda və ya Şərtlərimizi pozduğunuzu düşündüyümüz hallarda tətbiq edə bilərik. Bu halda sizi xəbərdar edəcəyik. Şərtlərimizi və ya Xidmətlərimizdən Məqbul istifadə siyasətimizi pozduğunuz hallarda geri ödəniş almaq hüququnuz olmayacaq, həmçinin Airalo hesabınızı dayandıra və ya ləğv edə bilərik.
Qiymətlər və ödənişlər. Adətən ödənişləri ABŞ Dolları ($) ilə emal edirik. Başqa valyutaları da dəstəkləyə bilərik, lakin bu tamamilə öz müstəqil mülahizəmiz əsasında həyata keçirilir. Xidmətlərimizin qiymətlərinə vergilər və ya tətbiq oluna biləcək hər hansı əlavə rüsum daxil deyil, onlar ödəniş zamanı hesablaşma ünvanınıza əsasən əlavə edilə bilər.
Geri ödənişlər. Geri ödəniş almaq hüququnuzun olduğu hallar haqqında ətraflı məlumatı Yardım mərkəzimizdə tapa bilərsiniz.
Ləğv və dayandırma. Sizə mümkün olan ən etibarlı təcrübəni təqdim etmək üçün ən yaxşı və etibarlı xidmət təminatçılarını seçir və onlarla əməkdaşlıq edirik. Bu o deməkdir ki, bəzən gözlədiyimiz standartlara cavab verməyən xidmət təminatçısı ilə əməkdaşlığı dayandırmalı oluruq. Bu aldığınız Xidmətlərin ləğvi və ya dayandırılması ilə nəticələnə bilər. Bu halla qarşılaşdıqda, ətraflı məlumat üçün Yardım mərkəzimizin Geri ödəniş bölməsinə müraciət edin.
……………………………………………………………………………………
Platformamıza və ya Xidmətlərimizə daxil olmaq üçün aşağıdakı tələblərə cavab verməlisiniz:
Parol və hesab məlumatları. Parolunuzun və hesab məlumatlarınızın təhlükəsizliyini təmin etmək sizin öhdəliyinizdir. Parolunuzun və hesab məlumatlarınızın təhlükəsizliyinin pozulduğuna inanmaq üçün səbəbiniz varsa, dərhal parolunuzu dəyişin və [email protected] ünvanı vasitəsilə əlaqə saxlayaraq problemi bizə bildirin.
Tərəddüd? Platforma və ya Xidmətlərdən müəyyən istifadənin bu Məqbul istifadə siyasətinə uyğun olub-olmadığı barədə tərəddüdləriniz varsa, dəstək komandamızla əlaqə saxlayın. Xidmətlərdən istifadəsi ilə əlaqədar tətbiq edilən hər hansı yerli qanuna əməl etmək isə yalnız sizin öhdəliyinizdir.
………………………………….
Tətbiq. Airalo-dan geri ödəniş yalnız Xidmətlər birbaşa Airalo-dan alındıqda, mümkündür. Xidmətləri üçüncü tərəfdən aldığınız təqdirdə hər hansı geri ödəniş tələbini həmin üçüncü tərəfə yönəltməlisiniz.
Qanuni imtina hüququ. Xidmətləri istehlakçı qismində alırsınızsa, 14 gün ərzində alışdan birtərəfli qaydada imtina etmək hüququna maliksiniz. Alışdan imtina hüququnuz satınalma tarixindən 14 gün sonra və ya eSIM-in aktivləşdirildiyi tarixdən etibarən (hansının daha erkən tarixə təsadüf etdiyindən asılı olaraq) başa çatır. Nəzərə alın ki, artıq istifadə etməyə başladığınız eSIM -in alışından imtina hüququnuzu həyata keçirə bilməyəcəksiniz.
Əvəzetmə və geri ödənişlər. Xidmətləri aktivləşdirmişsinizsə, lakin Airalo tərəfindən yol verilən səhv və ya nöqsan səbəbindən və ya Airalo Xidməti ləğv etməyə qərar verdiyi üçün onlardan istifadə edə bilmirsinizsə, ya əvəzedici Xidmət təqdim edəcəyik, ya da aldığınız Xidmətin qiymətinə bərabər məbləği tam geri qaytaracağıq. Lakin bu, aşağıdakılardan asılıdır:
Geri ödəniş tələb etdiyiniz Xidmətlər üzrə krediti qismən istehlak etmisinizsə, yalnız Xidmətlərin istifadə edilməmiş hissəsinə bərabər məbləği qaytaracağıq.
Geri ödənişin/əvəzləmənin edilmədiyi hallar. Hər hansı digər hallarda Xidmətlər üzrə geri ödəniş və ya əvəzləmə hüququnuz yoxdur.
Geri ödəniş üçün necə müraciət etməlisiniz. Dəstək komandamıza [email protected] elektron poçt ünvanı vasitəsilə yazmaqla və ya tətbiqdaxili, yaxud veb-çat vasitəsilə geri ödəniş sorğusu təqdim edə bilərsiniz. Dəstək komandamız geri ödəniş sorğunuzu dəstəkləmək üçün Cihaz parametrlərinin ekran şəkilləri kimi əlavə məlumatlar tələb edə bilər. Geri ödəniş tələblərinə cavab verirsinizsə, gələcəkdə istifadə edə biləcəyiniz tətbiqdaxili mükafat valyutası Airmoney ilə və ya ilkin ödəniş metodunuz vasitəsilə qaytarılma metodu ilə geri ödəniş almağı seçə bilərsiniz. Nəzərə alın ki, geri ödənişin ilkin ödəniş üsulunuz vasitəsilə köçürülməsi 30 iş gününə qədər vaxt apara bilər.
İcazəsiz alışlar. Hesabınızdan hər hansı icazəsiz satınalma edildiyindən şübhələnirsinizsə, dərhal dəstək komandamıza xəbərlıq etməlisiniz. Airalo dələduzluq fəaliyyəti ilə əlaqəli hər hansı hesabı dayandırmaq hüququna malikdir. Geri ödənişin edilib-edilməyəcəyi yalnız Airalo-nun müstəqil mülahizəsi əsasında müəyyən olunur.
Səhvən vəsaitin tutullması. Airalo tərəfindən təqdim edilən Xidmətlərə görə səhv məbləğin tutulduğunu düşünürsünüzsə, həmin xərc çəkildikdən sonra 30 gün ərzində dəstək komandamızla əlaqə saxlayın və nə üçün faktura məbləğinin nə üçün yanlış olduğunu izah edən təfərrüatları təqdim edin. Bundan sonra araşdırma aparacağıq. Geri ödənişin edilib-edilməyəcəyi yalnız Airalo-nun müstəqil mülahizəsi əsasında müəyyən olunur.
Tövsiyə kodunuzu dostlarınızla bölüşməklə USD $3.00 dəyərində Airmoney qazana bilərsiniz.