Airalo

Airalo əsas səhifəsinə yönləndirir.

Müvafiq məqalər ilə tanış olun

Google Pixel cihazıma necə eSIM quraşdıra bilərəm?

Bütün Google Pixel modellərində eSIM dəstəklənmir. Ona görə yaxşı olar ki, başlamazdan əvvəlı cihazınızda eSIM-in dəstəklənib-dəsəklənmədiyini yoxlayasınız. Pixel cihazınızda eSIM-in dəstəklənib-dəstəklənmədiyini yoxlamaq üçün bu məqalədəki addımlara əməl edin.
Google Pixel cihazının eSIM-lə istifadəyə uyğun, şəbəkə kilidinin açıq olduğunu təsdiq etdikdən sonra eSIM-i qurmaq üçün bu addımları yerinə yetirə bilərsiniz.

eSIM quraşdırmazdan əvvəl hansı addımlar atılmalıdır

  1. Airalo hesabınıza daxil olun
  2. eSIM-lərim bölməsinə keçin
  3. Quraşdırmaq istədiyiniz eSIM-i seçin
  4. Quraşdırma təlimatlarını açın.Tətbiqinizin versiyasından asılı olaraq aşağıdakıları görə bilərsiniz:
    • Quraşdırma təlimatlarına baxın, və ya
    • eSIM-dən necə istifadə etməli > eSIM-i necə quraşdırmalı
  5. İstədiyiniz quraşdırma metodunu seçin: Birbaşa, QR-kod və ya əl ilə

Bağlantı parametrlərini tapmaq üçün eyni eSIM-i açın, eSIM-dən necə istifadə etməli > Necə qoşulmalı (və ya Təlimatları göstər > Səhifə 2/2) bölməsinə baxın.

Airalo eSIM-i Pixel cihazına birbaşa necə quraşdıra bilərəm

  1. Airalo tətbiqində Birbaşa > eSIM quraşdır üzərinə toxunun
  2. Təsdiqləmək üçün Bəli seçimini edin
  3. eSIM quraşdırılana qədər gözləyin
  4. Açın: Parametrlər > Şəbəkə və internet
  5. Yeni eSIM-inizi seçin
  6. Mobil internet və rouminq seçimini AKTİV edin

Airalo eSIM-i Pixel cihazına QR kod ilə necə quraşdıra bilərəm

  1. Açın: Parametrlər > Şəbəkə və internet
  2. SIM-lərin yanında + piktoqramını seçin
  3. Əvəzində SIM endir seçilsin?
  4. Növbəti seçimini edin, sonra Airalo tətbiqindən QR kodu oxudun
  5. eSIM-i quraşdırmaq üçün Endir üzərinə toxunun
  6. Parametrləri yenidən açın
  7. Aktiv, mobil internet və rouminq seçimlərini AKTİV edin

eSIM-i Pixel cihazına əl ilə necə quraşdıra bilərəm

  1. Açın: Parametrlər > Şəbəkə və internet
  2. SIM-lərin yanında + piktoqramını seçin
  3. Əvəzində SI Mendir seçilsin?
  4. Növbətini seçin, sonra Yardım lazımdır? üzərinə toxunun
  5. Əl ilə daxil et seçimini edin
  6. Airalo tətbiqindən SM-DP+ ünvanı və aktivləşdirmə kodunu (varsa, təsdiq kodunu) kopyalayıb yerləşdirin və ya yazın
  7. eSIM-i quraşdırmaq üçün Davam et seçimini edin
  8. Parametrləri yenidən açın
  9. Aktiv, mobil internet və rouminq seçimlərini AKTİV edin

Quraşdırmadan sonra nə olacaq?

Bundan sonra Parametrlər > Şəbəkə və internet > SIM-lər bölməsinin altında eSIM görünməli və avtomatik olaraq dəstəklənən mobil şəbəkəyə qoşulmalıdır.

Əlavə yardıma ehtiyacınız varsa, dəstək komandamızla əlaqə saxlayın — 24/7 xidmətinizdəyik və sizə məmnuniyyətlə yardım edəcəyik.