Airalo-nun təklif etdiyi bəzi eSIM-lərə zəng etmək və mesaj (SMS) göndərmək imkanı daxildir. eSIM-lə zəng etməkdə və ya SMS göndərməkdə çətinlik çəkirsinizsə, bunun bir neçə səbəbi ola bilər.
Aldığım eSIM-ə zəng və SMS daxildirmi?
Airalo zəng və SMS imkanı ilə eSIM-lər təklif etsə də, təkliflərin çoxuna yalnız internet daxildir.
eSIM-ə zəng və SMS-in daxil olub-olmadığını dəqiqləşdirmək üçün onun əlavə məlumat bölməsində "Plan növü"nə baxa bilərsiniz.
"İnternet, zəng və SMS" planlarına zəng və SMS daxil olur. "Yalnız internet" planlarına zəng və SMS daxil deyil.
Zəng və SMS-in daxil olduğu eSIM-i haradan tapa bilərəm?
eSIM alan zaman sifarişin rəsmiləşdirilməsindən əvvəl əlavə məlumatla tanış ola biləcəksiniz.
eSIM aldıqdan sonra "eSIM-lərim" bölməsinə keçib müvafiq eSIM-i seçin — "Ətraflı" bölməsində əlavə məlumatları tapa biləcəksiniz.
Yalnız internetin daxil olduğu eSIM-lərdə zəng etmək üçün mesajlaşma tətbiqlərindən istifadə edə bilərəmmi?
Bəli, adətən yalnız internetin daxil olduğu eSIM-lərdə WhatsApp, Telegram və Signal kimi mesajlaşma tətbiqlərindən istifadə etməklə zəng etmək mümkün olur — bu tətbiqlər bir qayda olaraq yalnız internetdən istifadə edir.
Zəng və SMS-in daxil olduğu eSIM-im nə üçün işləmir?
eSIM-inizə zəng və SMS daxildirsə və zəng etməkdə və qəbul etməkdə, SMS göndərməkdə və qəbul etməkdə çətinlik çəkirsinizsə, aşağıdakıları sınayın:
1. eSIM-in quraşdırıldığına əmin olun — onu cihaz parametrlərində görə bilməlisiniz.
2. Zənglər və SMS üçün eSIM-in seçildiyinə əmin olun — quraşdırma təlimatlarındakı addımlara əməl edin.
3. eSIM-in əhatə dairəsində olduğunuza əmin olun — eSIM-iniz yalnız müvafiq ərazidə işləyəcək.
Yuxarıdakı addımların hamısını tamamlamısınızsa, eSIM şəbəkəsini əl ilə seçməyi sınayın. eSIM əhatə dairəsində şəbəkəyə qoşulacaq — bəzən o birdən çox şəbəkəyə qoşula bilər. Adətən o ən güclü şəbəkəni seçir, lakin təsadüfən daha zəif şəbəkəyə qoşulmuş ola bilər.
eSIM-inizdə istifadə oluna biləcək şəbəkələrin siyahısını tapmaq üçün eSIM təfərrüatlarına keçin. Düzgün şəbəkəni cihazınızın mobil şəbəkə parametrləri vasitəsilə əl ilə seçmək üçün addımlara əməl edin. Adətən bu, zəng və ya SMS-lə bağlı problemləri aradan qaldırmağa kömək edir.
Hər hansı dəyişiklik etdikdən sonra problem aradan qalxmadıqda cihazınızı söndürüb yenidən işə saləın.
eSIM-lə beynəlxalq zəngləri necə edə, SMS-ləri necə göndərə bilərəm?
eSIM-lə beynəlxalq zənglər etmək və ya SMS göndərmək üçün hər zaman ölkə kodunu daxil etməlisiniz — telefon nömrəsini plyus işarəsi (+) ilə daxil etdyinizə əmin olun.
- Düzgün: +1 555 123 4567
- Yanlış: 001 555 123 4567 or 0555 123 4567
Bölgə kodu sıfırla başlayırsa, beynəlxalq nömrəni yığan zaman sıfır silin.
- Düzgün: +30 73 1234 5678
- Yanlış: +30 073 1234 5678
Discover+ eSIM-ə başqaları necə zəng edə və ya SMS göndərə bilər?
Discover+ eSIM nömrəsini yığan zaman aşağıdakıları daxil etməlisiniz:
- Plyus işarəsi (+)
- eSIM ölkə kodu (bir qayda olaraq “+1”)
- Telefon nömrəsi
Ölkə kodunu dəyişdirmək və ya ayrıca daxil etmək lazım deyil.
Başqa sualınız varsa, dəstək xidməti komandamız sizə yardım etməyə hazırdır. 24/7 xidmətinizdəyik və sizə yardım etməyə hazırıq.

