İnternetdən istifadə tamamilə cihazınızın parametrlərindən və istifadə vərdişlərinizdən asılıdır.
eSIM-də internetin çox tez sərf edildiyi diqqətinizi cəlb edərsə, bu bələdçi chazınızda internet istifadəsini optimallaşdırmağa kömək edə bilər.
İnternet sərfiyyatını necə yoxlamalı
Cihazınızda ən çox internetdən hansı tətbiqlərin istifadə etdiyini yoxlaya bilərsiniz — bunu adətən cihazın parametrlərində yoxlamaq olur.
iOS cihazlarında internet sərfiyyatını necə yoxlaya və məhdudlaşdıra bilərəm
iOS cihazlarında internet sərfiyyatını yoxlaya — eyni zamanda parametrlər bölməsində konkret tətbiqlərin internetdən istifadəsini deaktiv edə bilərsiniz.
- Parametrlər > Mobil seçimlərini edin
- Ekranı Aktiv eSIM-inizə aid "... üçün hücrəsl internet" bölməsinə sürüşdürün.
- Hansı tətbiqlərin internetdən çox istifadə etdiyini yoxlayın.
- Lazım olduqca tətbiqlər üçün interneti deaktiv edin.
Samsung cihazlarında internet sərfiyyatını necə yoxlamalı
Samsung cihazlarında internet sərfiyyatını parametrlədən yoxlaya bilərsiniz.
- Parametrlər > Bağlanrılar > İnternetdən istifadə bölmələrinə keçin.
- Ekranı sürüşdürərək aktiv eSIM-i tapın və "Mobil internetdən istifadə"ni seçmək üçün toxunun
Android cihazlarında internet sərfiyyatını necə yoxlamalı
Android cihazlarında internet sərfiyyatını parametrlədən yoxlaya bilərsiniz.
- PARAMETRLƏR bölməsinə keçin və ŞƏBƏKƏ VƏ İNTERNET üzərinə toxunun.
- SIM-lər üzərinə toxunun və aktiv eSIM-i seçin.
- Ekranı "TƏTBİQİN İNTERNET SƏRFİYYATI"nı görənə qədər aşağı sürüşdürün və üzərinə toxunun.
Addımlar cihazın modelindən asılı olaraq dəyişə blər.
İnternet sərfiyyatını necə azaltmalı
Aşağıdakı praktikalar internetə qənaət etməyə və eSIM-dən istifadə ömrünü uzatmağa kömək edə bilər.
- Cihazdan istifadə etmədiyiniz zaman interneti söndürün. Yalnız internet lazım olduqda hücrəsəl interneti aktivləşdirin. Başqa vaxt onu söndürmək fonda lazımsız internet sərfiyyatının qarşısını alır.
- Qoşulma nöqtəsi istifadə etməyin. Qoşulma nöqtəsi vasitəsilə internetin paylaşılması zamanı mobil internet planı sərf olunur. Bağlantınzı paylaşmızınızsa, bu, yüksək trafik istifadəsinə səbəb ola bilər.
- İnternetin çox işləndiyi fəaliyyətləri məhdudlaşdırın. Mobil internet vasitəsilə videoların, təqdimatların yayımlanması və ya sənədlərin çap olunması planınızı tez tükədə bilər. Mümkün olduqca belə fəaliyyətlər üçün Wi-Fi şəbəkələrinə üstünlük verin.
- Trafiki sıxlaşdıran brauzerdən istifadə edin. Google Chrome və Opera Mini kimi brauzerlər telefonunuza göndərməzdən əvvəl məzmunu sıxlaşdırır, bu isə internet sərfiyyatını müvafiq olaraq 50% və 90%-ə qədər azaldır.
- Məzmunu oflayn rejimdə istifadə üçün endirin. Google Maps, Netflix və ya YouTube kimi tətbiqlərdən istifadə edirsinizsə, xəritələri, filmləri və ya musiqini Wi-Fi şəbəkəsinə qoşulan zaman endirin. Beləliklə, onlara mobil internetdən istifadə etmədən çıxış əldə edə bilərsiniz.
- Hesabın sinxronlaşdırılmasını söndürün. Google və ya Facebook kimi tətbiqlərdə hesabın avtomatik sinxronlaşdırılması lazımsız internet sərfiyyatına səbəb ola bilər. Məlumatların davamlı olaraq sinxronlaşdırılmasına ehtiyac duymadığınız tətbiqlərdə bu funksiyanı söndürün.
iOS cihazlarında internet sərfiyyatını necə azaltmalı
- Wi-Fi yardımını söndürün. Bu funksiya Wi-Fi bağlantısı zəif olduqda avtomatik olaraq mobil interneti aktivləşdirir. Rahat olsa da, bu funksiya gözlənilməz internet sərfiyyatına səbəb ola bilər. Söndürmək üçün:
- Parametrlər > Hücrəsəl (və ya Mobil internet) bölmələrinə keçin.
- Ekranı aşağı doğru sürüşdürün və Wi-Fi yardımını söndürün.
- Avtomatik tətbiq yenilənməsini söndürün Tətbiq və sisem yeniləmələri böyük internet sərfiyyatına səbəb ola bilər. Cihazınızı yeniləmələri yalnız Wi-Fi vasitəsilə endirəcək şəkildə konfiqurasya edin.
- Parametrlər > Tətbiqlər > App Store bölmələrinə keçin və avtomatik endirilmə üçün Hücrəsəl internet seçimini deaktiv edin.
- iCloud Drive parametrlərini tənzimləyin. Cloud Drive mobil internetdən istifadə edirsə, faylları sinxronlaşdırmaq üçün böyük həcmdə internet trafiki sərf edə bilər. Söndürmək üçün:
- Parametrlər > Hücrəsəl (və ya Mobil internet) bölmələrinə keçin.
- Ekranı aşağı doğru sürüşdürün və iCloud Drive seçimini deaktiv edin.
- Foto sinxronlaşdırma tətbiqlərində mobil internetdən istifadəni söndürün. iCloud Photos və ya Google Photos kimi tətbiqlər foto və videolarınızı avtomatik olaraq sinxronlaşdıra, beləliklə böyük həcmdə internet trafiki sərf edə bilərlər. Bu tətbiqlərdə internetdən istifadəni söndürmək üçün:
- Parametrlər > Tətbiqlər bölmələrinə keçin.
- İstədiyiniz tətbiqin piktoqramına toxunun (məsələn, iCloud və ya Photos).
- Həmin tətbiqdə Mobil internet seçimini deaktiv edin.
Android cihazlarında internet sərfiyyatını necə azaltmalı
- Fonda internetdən istifadəni söndürün. Çox sayda tətbiq bildirişlər göndərmək, yenilənmələri yükləmək və ya məlumatları sinxronlaşdırmaq üçün fonda internetdən istifadə etməyə davam edir. Bunu deaktiv etməklə böyük həcmdə internetə qənaət edə bilərsiniz.
- Avtomatik tətbiq yenilənməsini söndürün iOS sistemində olduğu kimi, mobil internet vasitəsilə avtomatik tətbiq yenilənmələri xeyli sərfiyyata səbəb olur.
- Google Play Store tətbiqini açın.
- Parametrlər > Şəbəkə seçimləri > "Tətbiqləri avtomatik yenilə" bölmələrinə keçin.
- Yalnız Wi-Fi vasitəsilə seçimini edin.
- İnternetdən istifadəyə limit təyin edin. Android sizə trafik limiti təyin etməyə imkan verir. İnternet sərfiyyatı həmin limitə çatdıqda, mobil internet avtomatik olaraq sönür və əlavə xərclərin qarşısı alınır.
- Parametrlər > İnternetdən istifadə bölmələrində internerdən istifadə xəbərdarlığı və trafik limiti quraşdıra bilərsiniz.
Ümid edirik ki, bu praktik məsləhətlər internet trafikini daha yaxşı idarə etməyinizə kömək edəcək. Əlavə yardıma ehtiyacınız varsa, dəstək xidməti komandamız hər zaman yardım etməyə hazırdır. 24/7 xidmətinizdəyik və hər zaman sizə yardım etməyə hazırıq.

