Səyahət planlarının dəyişə biləcəyini və ya səyahətə hazırlıq həyəcanı ilə səhvlərin edilə biləcəyini başa düşürük. Təsadüfən yanlış ölkəyə aid plan aldıqda və ya gedəcəyiniz yer dəyişdikdə, sizə belə kömək edə bilərik.
Yanlış eSIM-in alınmasının tez-tez rast gəlinən səbəbləri
Tarif planı seçərkən asanlıqla səhv etmək mümkündür. Tez-tez istifadəçilərimiz bu vəziyyətlərlə üzləşirlər:
- Ölkə adı qarışıqlığı: Bənzər adlı ölkənin seçilməsi (məs., Avstraliya əvəzinə Avstriya).
- Mənşə və təyinat yeri: Səhvən təyinat yeri əvəzinə öz ölkəniz üçün plan almaq.
- Regional və yerli eSIM: Çoxdayanacaqlı marşrut üçün regional planın daha əlverişli olacağı halda bir ölkəyə aid eSIM almaq.
Yanlış eSIM aldıqda, nə edə bilərəm?
1. Geri ödəniş tələb edin
eSIM-inizdən istifadə edə bilmirsinizsə, indi birbaşa Airalo hesabınız vasitəsilə geri ödəniş sorğusu göndərə bilərsiniz.
- Necə müraciət etmək olar: "eSIM-lərim" bölməsinə keçin, paketinizi seçin, "Paket tarixçəsi"ndə "Geri ödəniştələb et" düyməsini axtarın. Düyməni həmçinin Profil > Sifarişlər bölməsindən Sifariş təfərrüatlarında tapa bilərsiniz. Nəzərə alın ki, düymə yalnız müvafiq sifarişlərdə görünəcək, müddəti bitmiş və ya tam istifadə edilmiş eSIM-lər geri ödəniş şərtlərinə cavab vermir.
- Geri ödəniş səbəbini seçin: "Yanlış alış", "Plan dəyişikliyi", "Quraşdırma problemləri" və ya "eSIM işləmir'"seçimlərindən birini edə bilərsiniz. Qeyd edək ki, "Yanlış alış" və "Plan dəyişikliyi" halında Airmoney seçimi (tətbiqdaxili valyutamız) yeganə geri ödəniş üsuludur. Digər iki seçim üçün isə Airmoney və ya orijinal ödəniş üsulunuza geri qaytarma arasında seçim edə bilərsiniz.
- Emal müddəti: Airmoney-dən fərqli olaraq, ilkin ödəniş üsuluna geri ödəniş adətən 7-10 iş günü vaxt tələb edir (bankınızdan asılı olaraq 30 günə qədər çəkə bilər).
Vacib qeyd: Yaxın vaxtlarda bir neçə avtomatik geri ödəniş almısınızsa, sorğunuz nəzərdən keçirmək üçün Dəstək komandamıza göndərilə bilər.
2. eSIM-inizi dostunuzla paylaşın
eSIM-inizi hələ quraşdırmamısınızsa, onu başqa biri ilə paylaşa bilərsiniz. Sadəcə alışdan sonra tətbiqdə əks olunan quraşdırma QR kodunu onlara göndərin. Quraşdırılmadığı müddətcə, istənilən uyğun cihaza köçürülə bilər.
QR kodunuzu necə paylaşa bilərsniz:
- eSIM-inizi aldıqdan sonra tətbiqə daxil olun və QR kodunuzu tapmaq üçün "eSIM-lərim" bölməsini seçin.
- "Quraşdır və ya Paylaş" seçimini edin, sonra növbəti ekranda "Paylaş və Daha çox" seçin. QR kodunuz ekranda görünəcək.
- Bu QR kodu "eSIM-i paylaş" seçimini edərək və istədiyiniz kanal vasitəsilə (məs., e-poçt, mesajlaşma xidməti və ya cihazınızın "Sürətli paylaşma" funksiyası ilə) göndərərək paylaşa bilərsiniz. Həmçinin onu çap edə və ya dostunuzun skan etməsi üçün başqa bir cihazda göstərə bilərsiniz.
3. Dəstək komandamızla əlaqə saxlayın
Geri ödəniş düyməsi mövcud deyilsə və ya əlavə yardıma ehtiyacınız varsa, dəstək komandamızla əlaqə saxlayın.
Bunun üçün tətbiq daxilində narıncı söhbət işarəsinə toxunun, sonra "Airalo tətbiqində söhbət" və ya "WhatsApp-da söhbət" seçimini edin. İşinizi tez nəzərdən keçirməyimizə kömək etmək üçün eSIM-i quraşdırmağa və ya istifadə etməyə cəhd etməzdən əvvəl bizimlə əlaqə saxlayın.
Əlavə suallarınız və ya daa çox yardıma ehtiyacınız varsa, dəstək komandamızla əlaqə saxlayın — sizə məmnuniyyətlə yardım etməyə hazırıq.

