Airalo

Airalo əsas səhifəsinə yönləndirir.

Hüquqi mərkəzə qayıt

İstifadə şərtləri


Xidmətlərimizdən istifadə şərtləri

Xidmətlərimizdən istifadə şərtləri” Xidmətlərimizin istifadəçisi olduğunuz halda tətbiq edilir və sizə aid olan digər şərtlərimizlə birlikdə nəzərə alınmalıdır. 

Cihazınız. Xidmətlərimizə çıxış üçün kilidsiz, eSIM-lə istifadəyə uyğun cihaza malik olmalı və həmin cihazın yeganə məsul istifadəçisi olmalısınız. Bu məsələdə sizə kömək edə biləcək bəzi məlumatları Yadım mərkəzimizdə\ tapa bilərsiniz.

Airalo hesabınız. Airalo hesabınız şəxsən sizə məxsusdur və Airalo-nun əvvəlcədən yazılı icazəsi olmadan başqasına ötürülə və ya güzəştə gedilə bilməz. Hesabınızı istənilən vaxt öz mülahizəmiz əsasında dayandırmaq və ya ləğv etmək hüququnu özümüzdə saxlayırıq. Bunu, məsələn, təhlükəsizliklə bağlı narahatlığımız olduqda və ya Şərtlərimizi pozduğunuzu düşündüyümüz hallarda tətbiq edə bilərik. Bu halda sizi xəbərdar edəcəyik. Şərtlərimizi və ya Xidmətlərimizdən Məqbul istifadə siyasətimizi pozduğunuz hallarda geri ödəniş almaq hüququnuz olmayacaq, həmçinin Airalo hesabınızı dayandıra və ya ləğv edə bilərik.

Qiymətlər və ödənişlər. Adətən ödənişləri ABŞ Dolları ($) ilə emal edirik. Başqa valyutaları da dəstəkləyə bilərik, lakin bu tamamilə öz müstəqil mülahizəmiz əsasında həyata keçirilir. Xidmətlərimizin qiymətlərinə vergilər və ya tətbiq oluna biləcək hər hansı əlavə rüsum daxil deyil, onlar ödəniş zamanı hesablaşma ünvanınıza əsasən əlavə edilə bilər.

Geri ödənişlər. Geri ödəniş almaq hüququnuzun olduğu hallar haqqında ətraflı məlumatı Yardım mərkəzimizdə tapa bilərsiniz. 

Ləğv və dayandırma. Sizə mümkün olan ən etibarlı təcrübəni təqdim etmək üçün ən yaxşı və etibarlı xidmət təminatçılarını seçir və onlarla əməkdaşlıq edirik. Bu o deməkdir ki, bəzən gözlədiyimiz standartlara cavab verməyən xidmət təminatçısı ilə əməkdaşlığı dayandırmalı oluruq. Bu aldığınız Xidmətlərin ləğvi və ya dayandırılması ilə nəticələnə bilər. Bu halla qarşılaşdıqda, ətraflı məlumat üçün Yardım mərkəzimizin Geri ödəniş bölməsinə müraciət edin.



Geri ödəniş siyasəti

Tətbiq. Airalo-dan geri ödəniş yalnız Xidmətlər birbaşa Airalo-dan alındıqda, mümkündür. Xidmətləri üçüncü tərəfdən aldığınız təqdirdə hər hansı geri ödəniş tələbini həmin üçüncü tərəfə yönəltməlisiniz.

Qanuni imtina hüququ. Xidmətləri istehlakçı qismində alırsınızsa, 14 gün ərzində alışdan birtərəfli qaydada imtina etmək hüququna maliksiniz. Alışdan imtina hüququnuz satınalma tarixindən 14 gün sonra və ya eSIM-in aktivləşdirildiyi tarixdən etibarən (hansının daha erkən tarixə təsadüf etdiyindən asılı olaraq) başa çatır. Nəzərə alın ki, artıq istifadə etməyə başladığınız eSIM -in alışından imtina hüququnuzu həyata keçirə bilməyəcəksiniz.

Əvəzetmə və geri ödənişlər. Xidmətləri aktivləşdirmişsinizsə, lakin Airalo tərəfindən yol verilən səhv və ya nöqsan səbəbindən və ya Airalo Xidməti ləğv etməyə qərar verdiyi üçün onlardan istifadə edə bilmirsinizsə, ya əvəzedici Xidmət təqdim edəcəyik, ya da aldığınız Xidmətin qiymətinə bərabər məbləği tam geri qaytaracağıq. Lakin bu, aşağıdakılardan asılıdır:

  1. İddianızın əsasını təşkil edən problemin yaranmasından sonra 30 gün ərzində geri ödəniş sorğusu göndərməlisiniz.
  2. Airalo geri ödəniş sorğunuzu aldıqdan sonra 10 gün ərzində aldığınız Xidmətlərə giriş və onlardan istifadə imkanını bərpa edə bilməmiş olmalıdır.
  3. Xidmətlərə giriş və ya onlardan istifadə ilə bağlı üzləşdiyiniz problemləri həll etmək üçün bizimlə əməkdaşlıq etmiş olmalısınız.

Geri ödəniş tələb etdiyiniz Xidmətlər üzrə krediti qismən istehlak etmisinizsə, yalnız Xidmətlərin istifadə edilməmiş hissəsinə bərabər məbləği qaytaracağıq.

Geri ödənişin/əvəzləmənin edilmədiyi hallar. Hər hansı digər hallarda Xidmətlər üzrə geri ödəniş və ya əvəzləmə hüququnuz yoxdur.

Geri ödəniş üçün necə müraciət etməlisiniz. Əgər mümkündürsə, Airalo hesabınızdan geri ödəmə düyməsi vasitəsilə geri ödəmə sorğusu göndərə və ya [email protected] elektron poçt ünvanına və ya tətbiqdaxili və ya veb əsaslı çatdan istifadə edərək dəstək qrupumuza sorğu göndərə bilərsiniz. Dəstək komandamız geri ödəniş sorğunuzu dəstəkləmək üçün Cihaz parametrlərinin ekran şəkilləri kimi əlavə məlumatlar tələb edə bilər. Geri ödəniş tələblərinə cavab verirsinizsə, gələcəkdə istifadə edə biləcəyiniz tətbiqdaxili mükafat valyutası Airmoney ilə və ya ilkin ödəniş metodunuz vasitəsilə qaytarılma metodu ilə geri ödəniş almağı seçə bilərsiniz. Nəzərə alın ki, geri ödənişin ilkin ödəniş üsulunuz vasitəsilə köçürülməsi 30 iş gününə qədər vaxt apara bilər.

İcazəsiz alışlar. Hesabınızdan hər hansı icazəsiz satınalma edildiyindən şübhələnirsinizsə, dərhal dəstək komandamıza xəbərlıq etməlisiniz. Airalo dələduzluq fəaliyyəti ilə əlaqəli hər hansı hesabı dayandırmaq hüququna malikdir. Geri ödənişin edilib-edilməyəcəyi yalnız Airalo-nun müstəqil mülahizəsi əsasında müəyyən olunur.

Səhvən vəsaitin tutullması. Airalo tərəfindən təqdim edilən Xidmətlərə görə səhv məbləğin tutulduğunu düşünürsünüzsə, həmin xərc çəkildikdən sonra 30 gün ərzində dəstək komandamızla əlaqə saxlayın və nə üçün faktura məbləğinin nə üçün yanlış olduğunu izah edən təfərrüatları təqdim edin. Bundan sonra araşdırma aparacağıq. Geri ödənişin edilib-edilməyəcəyi yalnız Airalo-nun müstəqil mülahizəsi əsasında müəyyən olunur.

Tətbiq mağazaları
Getdiyiniz hər yerdə sizinləyik
eSIM-ləri asanlıqla almaq, idarə etmək və balansınızı artırmaq üçün Airalo tətbiqini endirin.
iOS tətbiqini endirin

Apple App Store Airalo səhifəsinə yönləndirir.

Reytinq
4.7
Android tətbiqini endir

Google Play store Airalo səhifəsinə yönləndirir.

Reytinq
4.6