Etibar edilən cihazlar nədir?

Etibar edilən cihazlar təsdiq kodu vasitəsilə hesabınıza daxil olduqdan sonra hesabınıza əlavə edilir — onlar müntəzəm istifadə etdiyiniz cihaz və brauzerlədən girişi asanlaşdırmaqla yanaşı hesabınızın təhlükəsizliyini qourmağa yardım edirlər.

Necə etibar edilən cihaz əlavə edə bilərəm?

Hesabınıza yeni cihaz və ya brauzerdən giriş edildiyini aşkar etdiyimiz zaman təsdiq kodunun daxil olduğu e-məktub alacaqsınız — hesaba girişi tamamlamaq üçün kodu daxil etməli olacaqsınız.

Təsdiq edildikdən sonra cihaz və ya brauzer etibar edilən cihazlar siyahısına əlavə edilir. 

Etirbar edilən cihazları necə yoxlaya və idarə edə bilərəm?

Hesab parametrlərindən etibar edilən cihazlar siyahısına baxa və düzəliş edə biləriniz — "Profil" > "Etibar edilən cihazlar" bölmələrinə keçid edin.

Tanımadığınız və ya artıq istifadə etmədiyiniz cihaz gördükdə, onu silə bilərsiniz. Yenidən həmin cihaz və ya brauzerdən hesabınıza daxil olmağa cəhd etdikdə, yeni təsdiq kodu daxil etməli olacaqsınız.

Şübhəli fəaliyyət gördüyüm halda nə etməliyəm?

Hesabınızda xatırlamadığınız alış və ya parametrlərə dəyişikliklərin edilməsi kimi normadan kənar faəliyyət gördükdə, şifrənizi dərhal yenilməyi tövsiyə edirik.

Dəstək xidməti ilə əlaqə saxlamalısınızsa, hesabınızın təhlükəsizliyini təmin etməyə yardım və əlavə araşdırma aparmaq məqsədilə sizdən əlavə məlumat təqdim etməyi xahiş edə bilərik.

Hər hansı sualınız varsa, çəkinmədən əlaqə saxlayın — dəstək komandamız 24/7 sizə məmnuniyyətlə yardım etməyə hazırdır.

Əlaqədar suallar

Digər mövzular

Müəllif hüquqları Airalo © 2021
  • x