Android cihazımda internet limitini necə qura bilərəm?

Android cihazınızda mobil trafik limiti təyin etmək trafikdən istifadənizi azaltmağa yardım edir. Heablaşma dövrünü seçə, trafik limiti əlavə edə, trafik aşılmamışdan əvvəl xəbərdarlıq qura və s. addımlar ata bilərsiniz. Mobil trafik limitinizi necə qurmalı olduğunuzu öyrənmək üçün bu addımları yerinə yetirin. Samsung Galaxy cihazlarında:
  1. Parametrlər tətbiqini AÇIN, Bağlantılara TOXUNUN.
  2. Trafikdən istifadəyəTOXUNUN.
  3. Mobil internetin AKTİV olduğunu dəqiqləşdirin, daha sonra “Hesablaşma dövrəsi və trafik xəbərdarlığı”na TOXUNUN.
  4. “Hesablaşma dövrünü başlat”a TOXUNUN və tarixi təyinat ölkəsinə çatacağınız vaxt əsasında təyin edin.
  5. Trafik xəbərdarlığını qur seçimini AKTİVLƏŞDİRİN və trafik limitini rəqəmlərlə göstərin. Məsələn, eSIM paketinizdə 10 QB varsa, 8 QB istifadə edildikdən sonra trafik xəbərdarlığı qura bilərsiniz.
  6. Trafik limitini qur seçimini AKTİVLƏŞDİRİN və trafik limitini rəqəmlərlə göstərin. Bu seçim müəyyən edilmiş limitə çatdığınız zaman mobil trafiki söndürəcək.
Google Pixel cihazlarında:
  1. Parametrlər tətbiqini AÇIN, Şəbəkə və internetə TOXUNUN.
  2. "SlM kartlar"a TOXUNUN.
  3. Mobil internetin AKTİV olduğunu dəqiqləşdirin, daha sonra "Trafik xəbərdarlığı və limit"ə TOXUNUN.
  4. Mobil internetdən istifadə dövrünə TOXUNUN və tarixi təyinat ölkəsinə çatacağınız vaxt əsasında təyin edin.
  5. Trafik xəbərdarlığını qur seçimini AKTİVLƏŞDİRİN və trafik limitini rəqəmlərlə göstərin. Məsələn, eSIM paketinizdə 10 QB varsa, 8 QB istifadə edildikdən sonra trafik xəbərdarlığı qura bilərsiniz.
  6. Trafik limitini qur seçimini AKTİVLƏŞDİRİN və trafik limitini rəqəmlərlə göstərin. Bu seçim müəyyən edilmiş limitə çatdığınız zaman mobil trafiki söndürəcək.
Hər hansı sualınız varsa, dəstək komandamızla əlaqə saxlayın, sizə məmnuniyyətlə yardım edəcəyik!

Əlaqədar suallar

Digər mövzular

Hələ də kömək lazımdır?

Müştəri dəstəyi komandamızla əlaqə saxlayın, ən qısa müddətdə sizə cavab verəcəyik.
Bizə mesaj göndərin
Müəllif hüquqları Airalo © 2021
  • x