Tövsiyə proqramının şərt və qaydaları

Tövsiyə proqramının şərt və qaydaları

Bu sənəd artıq mövcud olan və ya gələcəkdə istənilən vaxt açıla biləcək bütün Airallo hesablarına tətbiq edilməli olan şərt və qaydaları müəyyən edir.

Tövsiyə proqramı qeydiyyatdan keçmiş Airalo istifadəçilərinə dostlarını Airalo-ya yönləndirməklə növbəti sifarişlərində tətbiq edə biləcəkləri bonuslar qazanmaq imkanı verir.


1. İştirak/Meyarlara uyğunluq

1.1. Tövsiyə edən şəxs

Tövsiyə proqramlarının meyarlarına cavab vermək üçün istifadəçi Airalo-da hesab yaratmalı və ya artıq belə bir hesaba malik olmalıdır.

1.2. Yönləndirilən dost

Bu promoaksiyanın meyarlarına cavab vermək üçün istifadəçi Airalo-nun yeni istifadəçisi olmalı, tövsiyə kodundan istifadə edərək Airalo-da hesab yaratmalı və ya ilk satınalmasını rəsmiləşdirən zaman kodu tətbiq etməlidir.


2. Tövsiyə proseduru

2.1. Airalo istifadəçisi tətbiq daxilində tövsiyə bölməsinə daxil olaraq unikal tövsiyə kodunu əldə etməlidir.

2.2 Airalo istifadəçisi ("Tövsiyə edən şəxs") unikal tövsiyə kodunu dostu ("Yönləndirilən dost") ilə paylaşmalıdır.

2.3. Yönləndirilən dost qeydiyyatdan keçən və ilk satınalmasını tamamlayan zaman tövsiyə kodundan istifadə etməlidir.

2.4. Yönləndirilən dost ilk satınalmasını uğurla tamamladıqdan sonra Tövsiyə edən şəxs mükafat alır. Mükafatı tövsiyə mükafatı bölməsində görmək mümkündür.


3. Yönləndirilən dost üçün endirimin təfərrüatları

3.1. Yönləndirilən dost qeydiyyatdan keçərkən və ya satınalmanın rəsmiləşdirilməsi zamanı tövsiyə kodunu daxil etməlidir.

3.2. Bu endirim hər hansı eSIM kartı satın alınan zaman tətbiq edilir. Yalnız ilk satınalma üçün keçərlidir.

3.3. Tövsiyə endirimi başqa promoaksiyalarla birləşdirilə və ya birlikdə istifadə edilə bilməz.

3.4. Tövsiyə kodundan artıq istifadə etmiş və bu promoaksiyadan yararlanmış olduqda, iştirakçılar Şirkətin müstəqil mülahizəsi əsasında diskvalifikasiya edilə bilərlər.


4. Tövsiyə edilən şəxsin mükafatı haqqında məlumat

4.1. Tövsiyə edən şəxs uğurla yönləndirilən hər dosta görə bonusla mükafatlandırılacaq.

4.2. Dost ilk sifarişini tamamladıqda Tövvsiyə edən şəxsə birbaşa bildiriş və e-poçt vasitəsilə məlumat veriləcək. Mükafat tövsiyə mükafatı bölməsində əks olunacaq.

4.3. Tövsiyə edən şəxs qazanılan bonusdan satınalamaların rəsmiləşdirilməsi zamanı Airmoney kimi və hər hansı eSIM kartının satın alınması və ya balansın artırılması zamanı istifadə edə biləcək. Tövsiyə edən şəxs bu promoaksiyadan dəfələrlə yararlana bilər.

4.4. Bonus endirimlə birləşdirilə və ya başqa hər hansı promoaksiya ilə birlikdə istifadə edilə bilməz.

4.5. Mükafat olaraq verilən bonus başqasına ötürülə, müzakirə edilə və nağdlaşdırıla bilməz. 

4.6. Airalo tətbiqi və ya www.airalo.com veb-saytı vasitəsilə istifadə edilə bilər.

4.7. Etibarlılıq/Müddət: məhdudiyyətsiz.


5. Ləğv/Geri ödəmə

5.1. Airalo aşağıdakı səbəblərdən hər hansına görə hər hansı sifarişi ləğv etmək, dəyişdirmək və ya bu promoaksiyadan istifadəni ləğv etmək hüququna malikdir:

5.2. Şübhəli və ya fırıldaqçı satınalma fəaliyyəti.

5.3. Eyni müştəri və ya müştərilər qrupu ilə əlaqəli çoxsaylı hesab və ya çoxsaylı rəsmiləşdirmədən istifadə daxil olmaqla, promoaksiyadan sui-istifadə.

5.4. Endirimdən pis niyyətlə istifadə (eSIM kartlarının təkrar satışı və ya məhsulları satın alan müştərilərin endirimdən təkrar satış məqsədilə istifadə etməsi daxil olmaqla).


6. Standart şərt və qaydalar

6.1. Bu kampaniyada iştirak etməklə bu şərt və qaydalara tabe olmağa razılıq verir, bu şərt və qaydaları oxuyub anladığınızı təsdiq edirsiniz.

6.2. Təşkilatçı şirkətin maraqları çərçivəsində bu şərt və qaydaları dəyişmək və ya hər hansı promoaksiyanı istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən ləğv etmək hüququna malikdir.

6.3. Heç bir iştirakçının Təşkilatçının kampaniyanın hər hansı aspekti ilə əlaqədar qərarına və ya şərt və qaydaları necə şərh etdiyinə, yaxud iştirak meyarlarına uyğunluq haqqında qərarlarına etiraz etmək hüququ yoxdur. Təşkilatçının qərarı yekun xarakter daşıyır və bununla əlaqədar hər hansı yazışma aparılmayacaq.

6.4. Təşkilatçı, iştirakçının kimliyi ilə əlaqədar mübahisə mövcud olduqda, öz müstəqil mülahizəsi əsasında iştirakçının kimliyini müəyyən etmək hüququnu özündə saxlayır.

6.5. Promoaksiya veb-saytına çıxıla əlaqəli hər hansı xərc istehsalçıya aiddir və istifadə edilən internet provayderindən asılıdır. Təşkilatçı mövcud olduğu halda iştirak üçün çəkilən xərclərin kompensasiya edilməsi öhdəliyi daşımır. İştirak üçün çəkilən xərclərə görə (mövcud olarsa) geri ödəniş edilmir.