Airalo

Airalo əsas səhifəsinə yönləndirir.

Hüquqi mərkəzə qayıt

Ümumi şərtlər

Ümumi şərtlər

Airalo-nun missiyası bütün səyahətçilər üçün qlobal internet əlaqəsi təmin etməkdir. Biz platforma və xidmətlərimizi Sinqapurda 6 Raffles Blvd, #03-308 Marina Square, Sinqapur 039594 ünvanı ilə qeydiyyatdan keçmiş AirGSM Pte Ltd şirkəti olaraq təqdim edirik. Biz əlaqə xidmətlərinin aqreqatoru və satış platforması kimi fəaliyyət göstəririk. Başqa sözlə, biz hər bir ölkə və ya regionda ən yaxşı initernet əlaqəsi provayderlərini tapır, onların xidmətlərini Airalo satış platformamız vasitəsilə müştərilərimiz üçün əlçatan edirik. Beləliklə, sizə dünyanın 200-dən çox ölkəsində əlaqədə qalmağa imkan verən eSIM-lər təqdim edə bilirik.

Xidmətlərimizdən (təmin etdiyimiz e-SIM-lər və əlaqəli dəstək xidmətləri) və ya platformamızdan (veb-saytımız, sosial media platformalarında Airalo tərəfindən idarə edilən səhifələr və tətbiqimiz) istifadə etməzdən əvvəl tətbiq edilən şərtləri və siyasətləri oxumağınızı xahiş edirik. Bunlara daxildir:

  • Bu “Ümumi şərtlər” hər zaman tətbiq edilir. 
  • Xidmətlərimizdən istifadə şərtləri” Xidmətlərimizin istifadəçisi olduğunuz halda tətbiq edilir; 
  • Xidmətlərimizin istifadəçisiniz, lakin giriş, məsələn, işəgötürəniniz kimi üçüncü tərəf və ya Airalo-nun tərəfdaşı tərəfindən təmin edilibsə, “Xidmətlərimizin istifadə şərtləri” yenə də tətbiq edilsə də, həmin üçüncü tərəflə bağladığınız müqavilə ilə birlikdə diqqətə alınmalıdır. Xidmətlərimizin müştəri dəstəyi kimi müəyyən elementlərinə girişiniz olmaya bilər və sizə fərqli qiymət və ödəniş/geri ödəniş prosesləri tətbiq oluna bilər. Hər hansı üçüncü tərəfin hərəkətlərinə və ya onunla müqavilənizə görə heç bir məsuliyyət daşıya bilmərik;
  • Məxfilik siyasətimizKuki siyasətimiz şəxsi məlumatlarınızı topladığımız bütün hallarda tətbiq ediləcək. Məqbul istifadə siyasətimizGeri ödəniş siyasətimiz Xidmətlərimizdən istifadə etdiyiniz bütün hallarda tətbiq edilir.  

(birlikdə “Şərtlərimiz” adlandırılacaq)

Xidmətlərimizdən və platformamızdan istifadə Şərtlərimizi qəbul etməyinizdən asılıdır. Beləliklə, şərtləri qəbul etmirsinizsə, yaxud onlara əməl edə bilmirsinizsə, Xidmətlərimizə və ya Platformamıza daxil olmamalı və ya onlardan istifadə etməməlisiniz. Platformamızdan və ya Xidmətlərimizdən istifadə etdikdə, hər hansı məzmuna baxdıqda, kliklədikdə, qeydiyyatdan keçdikdə və ya tətbiqimizdən istifadə etdikdə, bu şərtləri qəbul edirsiniz.

Vaxtarşırı olaraq Şərtlərimizdə yenilik edə bilərik. Dəyişikliklər əhəmiyyətli olduqda, sizi xəbərdar etmək üçün əlimizdən gələni edəcəyik. Hər hansı dəyişiklik dərc edildiyi tarixdən etibarən qüvvəyə minəcək, ona görə də artıq Şərtlərimizi qəbul etmək istəmirsinizsə, Şərtlər yeniləndikdən sonra Xidmətlərimizdən və ya Platformamızdan istifadə etməyi dayandırmalısınız.

Üçüncü tərəflər. Xidmətlərimizə və ya Platformamıza üçüncü tərəfə məxsus veb-sayta və ya sosial media platformasına linklər daxil olduğu halda (məsələn, ödəniş xidməti təminatçılarımız, Facebook və ya Instagram) və həmin veb-sayt və ya sosial media platforması ilə əlaqəli ayrıca istifadə şərtləri mövcud olduqda, bu Şərtlərlə yanaşı onlara da əməl edəcəyinizi qəbul edirsiniz. 

Airalo ilə məlumatın paylaşması. Məxfiliyiniz bizim üçün vacibdir. Xidmətlərimizdən və ya Platformamızdan istifadə etdiyiniz zaman haqqınızda topladığımız şəxsi məlumatlar Məxfilik siyasətimizəKuki Siyasətimizə müvafiq qaydada emal ediləcək. 

Əqli mülkiyyət hüquqları. Platforma və Xidmətlərimizdəki bütün əqli mülkiyyət hüquqları Airalo-ya məxsusdur və ya Airalo tərəfindən lisenziyası alınmışdır. Bura müəllif hüquqları (kompüter proqram təminatımız daxil olmaqla), ticarət nişanları, nou-hau, ticarət sirləri və Platformamızın dizaynı, tərtibatı, görünüşü və yaratdığı hissiyyat (birlikdə, “əqli mülkiyyət hüquqları” adlandırılacaqlar) daxildir. Platformamızdan və Xidmətlərimizdən istifadə etməklə, onlardan yalnız nəzərdə tutulduqları məqsəd çərçivəsində və bu Şərtlərə müvafiq qaydada istifadə edəcəyinizi qəbul edirsiniz. Xidmətlərimiz və Platformamız haqqında rəyiniz bizim üçün həqiqətən çox dəyərlidir. Bizə rəy verdiyiniz halda onu Xidmətlərimizə və ya Platformamıza daxil etməyi seçə bilərik və siz təsdiq edirsiniz ki, belə rəylə əlaqədar heç bir əqli mülkiyyət hüququ yaranmır və sizə heç bir kompensasiya ödənilməməlidir. 

Məsuliyyətdən imtina. QANUNLA MƏHDUDLAŞDIRILAN HALLAR İSTİSNA OLMAQLA, HEÇ BİR HALDA QARŞINIZDA DOLAYI, NƏTİCƏVİ, NÜMUNƏVİ, TƏSADÜFİ VƏ YA CƏRİMƏ XARAKTERLİ ZƏRƏRLƏRƏ, O CÜMLƏDƏN İTİRİLMİŞ GƏLİRƏ GÖRƏ, BELƏ ZƏRƏRLƏRİN MÜMKÜNLÜYÜ BARƏDƏ MƏLUMATlNDIRILMIŞ OLSAQ BELƏ, MƏSULİYYƏT DAŞIMAYACAĞIQ. BU ŞƏRTLƏRƏ ƏMƏL ETMƏDİYİMİZ TƏQDİRDƏ TƏXMİN EDİLƏ BİLƏN İTKİ VƏ ZƏRƏRİNİZƏ GÖRƏ MƏSULİYYƏT DAŞIYACAĞIQ VƏ BİZİM VƏ BİZİMLƏ ƏLAQƏLİ ŞƏXSLƏRİN QARŞINIZDAKI MƏSULİYYƏTİ HƏR HANSI HALDA ÜMUMİLİKDƏ 100,00 ABŞ DOLLARI (BİR YÜZ ABŞ DOLLARI) İLƏ MƏHDUDLAŞIR.
XİDMƏTLƏRİMİZ VƏ PLATFORMAMIZ OLDUĞU KİMİ VƏ ƏLÇATANLIQ ƏSASINDA TƏQDİM EDİLİR. XÜSUSİLƏ, ONLARIN HƏR ZAMAN MÖVCUD OLACAĞINA VƏ YA BAZA BAĞLANTI VƏ ŞƏBƏKƏLƏRİN KEYFİYYƏTİNƏ ZƏMANƏT VERMİRİK. QANUNLA İCAZƏ VERİLDİYİ HALLARDA XİDMƏTLƏRİMİZİN VƏ VEB-SAYTIMIZIN TƏQDİM OLUNMASINA TƏTBİQ EDİLƏ BİLƏCƏK BÜTÜN NƏZƏRDƏ TUTULAN ŞƏRTLƏRİ, ZƏMANƏTLƏRİ, TƏMİNATLARI VƏ YA BAŞQA ŞƏRTLƏRI İSTİSNA EDİRİK. QANUNLA İCAZƏ VERİLƏN HALLARDA XİDMƏTLƏRİMİZDƏN QANUNSUZ İSTİFADƏNİZDƏN VƏ YA BU ŞƏRTLƏRİ POZMAĞINIZDAN İRƏLİ GƏLƏN HƏR HANSI ÜÇÜNCÜ TƏRƏF HÜQUQİ PROSEDURLARINA (O CÜMLƏDƏN DÖVLƏT ORQANLARININ TƏDBİRLƏRİNƏ) QARŞI BİZİ, DİREKTORLARIMIZI, VƏZİFƏLİ ŞƏXSLƏRİMİZİ, ƏMƏKDAŞLARIMIZI VƏ PODRATÇILARIMIZI QORUMAĞI VƏ MÜVAFİQ ZƏRƏRLƏRİN ƏVƏZİNİ ÖDƏMƏYİ ÖHDƏNİZƏ GÖTÜRÜRSÜNÜZ.

Tənzimləyici qanun və məhkəmələr. Xidmətlərimizə və ya Platformamıza hansı ölkədən daxil olduğunuzdan asılı olmayaraq bu Şərtlər və onlardan irəli gələn, yaxud onlarla əlaqəli hər hansı mübahisə və ya iddia İngiltərə və Uels qanunları ilə tənzimlənəcək və onlara uyğun olaraq şərh ediləcək və İngiltərə və Uels Məhkəmələri müstəsna yurisdiksiyaya malik olacaq. 

Kollektiv iddialardan imtina. Kollektiv iddia prosedurunda iddiaçı kimi iştirak etmək hüququndan imtina etdiyinizi qəbul edirsiniz. Mübahisələrin həll edilməsi üçün hər hansı hüquqi proses kollektiv, birləşdirilmiş iddia və ya təmsilçilik iddiası ilə deyil, fərdi qaydada həyata keçirilməlidir.

Şərtlərin icrası. Bu şərtlərin hər hansı hissəsini siz və ya biz hüquqi baxımdan icra edə bilmədikdə, həmin hissə yalnız icra edilə bilmədiyi dərəcədə nəzərə alınmamalı, qalan bütün müddəalar isə qüvvədə qalmalı və icra edilməlidir.

Bizimlə əlaqə. Bu Şərtlər haqqında hər hansı sualınız varsa, [email protected] ünvanı ilə əlaqə saxlayın. Xidmətlər və ya Platforma ilə əlaqəli dəstəyə ehtiyacınız varsa, [email protected] elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlayın və ya Tətbiqdə mövcud dəstək funksiyaları vasitəsilə bizə müraciət edin.

Tətbiq mağazaları
Getdiyiniz hər yerdə sizinləyik
eSIM-ləri asanlıqla almaq, idarə etmək və balansınızı artırmaq üçün Airalo tətbiqini endirin.
iOS tətbiqini endirin

Apple App Store Airalo səhifəsinə yönləndirir.

Reytinq
4.7
Android tətbiqini endir

Google Play store Airalo səhifəsinə yönləndirir.

Reytinq
4.6