Trafik bitdikdən və ya ilkin paketin müddəti bitdikdən sonra əksər eSIM-lərin balansı artırıla bilər.
Hazırda eSIM istifadə edirsinizsə, balans artımı avtomatik aktivləşməlidir.
Lakin bəzi hallarda balans artımını aktivləşdirmək üçün bir neçə addım atmalı ola bilərsiniz.
Balans artımını necə aktivləşdirə bilərəm?
Əvvəla, Airalo tətbiqində "İnternetə çıxış" bölməsindəki təlimatlara əməl etdiyinizə əmin olun.
- Müvafiq eSIM-i tapmaq üçün ardıcıllıqla eSIM-lərim > Təfərrüatlar > "Təlimatlara bax" bölmələrinə keçid edin.
- "İnternetə çıxış" bölməsində sıralanan təlimatlara əməl edin.
Addımları düzgün yerinə yetirmisinizsə, balans artımı paketiniz avtomatik aktivləşə bilər — əks halda, bir neçə əlavə addım atmalı ola bilərsiniz.
Balans artımını aktivləşdirmək üçün başqa nə edə bilərəm?
Parametrlər düzgün qurulduğu halda, balans artımı aktivləşmirsə, aşağıdakılar sınayın:
- Uçuş rejimini aktivləşdirin
- Cihazınızı yenidən başladın
- Uçuş rejimini söndürün
Bu, cihazınızın şəbəkəyə qoşula bilməsi və balans artımızın aktivləşə bilməsi üçün cihazınınz yenilənməsinə yardım edə bilər.
Başqa hər hansı sualınız varsa və ya əlavə yardım lazımdırsa, dəstək komandamızla əlaqə saxlayın — 24/7 sizə məmnuniyyətlə yardım etməyə hazırıq.