eSIM kartım nə üçün işləmir?

eSIM bir sıra səbəblərdən işləməyə bilər — nasazlığın aradan qaldırılması üçün bir neçə addıma əməl etmək problemi müəyyən etməyə və qısa zamanda qoşulmağa yardım edə bilər.

eSIM harada işləyir?

Unutmayın ki, eSIM yalnız öz əhatə dairəsində işləyə bilər — məsələn, Fransa üçün nəzərdə tutulan eSIM yalnız Fransada işləyir. eSIM-i əhatə dairəsindən kənarda quraşdırdıqda, şəbəkəyə qoşulmaq üçün ünvana çatmağı gözləməli olacaqsınız.

eSIM-in nə üçün işləmədiyini necə yoxlamalı

eSIM-in əhatə dairəsinə daxil olan yerdəsinizsə, eSIM-dən istifadə ilə əlaqədar problemlə üzləşdikdə, aşağıdakı addımları atın.

eSIM-in düzgün quraşdırıldığını dəqiqləşdirin

eSIM-i quraşdırmaq üçün təlimatlara əməl etmisinizsə, onu cihazınızın parametrlərində "SIM kartlar" bölməsində görməlisiniz, həmçinin müvafiq hallarda onun tətbiqdə uğurla quraşdırıldığını görəcəksiniz.

eSIM-ə unikal ad verməyi və ya yarlıq təyin etməyi unumayın, bununla cihazınızda bir neçə SIM olduğu halda onu asanlıqla tapa biləcəksiniz.

Cihazınızın parametrlərində eSIM-i görmürsünüzsə, aşağıdakı məqaləni nəzərdən keçirin: "Airalo tətbiqində quraşdırıldığı deyildiyi halda, eSIM-i niyə tapa bimirəm?"

Qoşulmaq üçün aşağıdakı addımlara əməl edin

eSIM cihazınıza quraşdırılıbsa, şəbəkəyə qoşulmaq üçün bəzi parametrləri tənzimləməli olacaqsınız. eSIM-dən və cihazınızdan asılı olaraq addımlar bir qədər fərqli ola bilər, lakin hər zaman aşağıdakıları etməlisiniz:

  • eSIM-in aktiv olduğunu dəqiqləşdirin
  • Trafik üçün eSIM-in seçildiyinə əmin olun

eSIM-ə zəng və SMS-lərin daxil olduğu halda həmçinin zəng və SMS-lər üçün eSIM-in seçildiyini dəqiqləşdirməlisiniz.

eSIM üçün tələb olunan addımları görmək üçün "Mənim eSIM-lərim" > "Təfərrüatlar" > "Təlimatları göstər" bölmələrinə keçin və "Trafikə çıxış" üçün addımları tapın. Addımları ehtiyatla oxuyun və yerinə yetirin.

Uçuş rejiminin söndürüldüyünü dəqiqləşdirin

Sadə görünsə də, cihazların mobil şəbəkəyə qoşulmamasının ən çox rast gəlinən səbəblərindən biri budur.

Uçuş rejimi aktiv olduqda, mobil internet və eSIM bağlantısı daxil olmaqla, bütün simsiz rabitə növlərini deaktiv edir. eSIM quraşdırılmış, parametrlər düzgün olsa da, Uçuş rejimi söndürülmədikcə şəbəkəyə qoşula bilməyəcəksiniz.

Söndürdükdən sonra bir neçə saniyə gözləyin. Cihaz mövcud şəbəkələri axtarmağa başlamalı və eSIM qısa müddətdə qoşulmağa başlamalıdır.

APN parametrlərini yoxlayın

Bəzi eSIM-lər cihaz parametrlərində müəyyən Qoşulma nöqtəsi adı və APN-in daxil edilməsini tələb edir. Bunu tətbiqdə quraşdırma təlimatlarında yoxlaya bilərsiniz — əksər hallarda APN avtomatik quraşdırılır.

Avtomatik olaraq quraşdırılmadığı halda APN-i kopiyalamaq və yerləşdirmək üçün "Trafikə çıxış" bölməsinin altında göstərilən addımları izləyin.

Rouminqdə trafiki aktivləşdirin

Bəzi eSIM-lər rouminqdə traifiki aktivləşdirməyi tələb edir — onu cihaz parametrlərində aktivləşdirə bilərsiniz. Tələb olunduqda, eSIM-də rouminqdə trafiki aktivləşdirmək üçün "Trafikə çıxış" bölməsinin altında göstərilən addımlara əməl edin.

iOS cihazlarında ayrı-ayrı SIM-lərdə rouminqdə tradiki söndürə bilərsiniz — rouminq xərclərindən yayınmaq üçün onun əsas SIM-də söndürüldüyünə əmin olun.

Android cihazlarında rouminqdə trafik adətən istifadə olunan bütün SIM-lərə aid olur — rouminq xərclərindən yayınmaq üçün onun əsas SIM-də söndürüldüyünə əmin olun.

Şəbəkəni əllə seçin

eSIM əhatə dairəsində azı bir şəbəkəyə qoşula biləcək— bəzi hallarda bir neçə şəbəkəyə qoşula biləcək.

Əksər hallarda o, avtomatik olaraq ən güclü şəbəkəyə qoşulur — bəzi hallarda isə yanlış şəbəkəni seçə bilər.

eSIM-in qoşula biləcəyi şəbəkələri quraşdırma təlimatlarının "Trafikə çıxış" bölməsində tapa bilərsiniz. Şəbəkəni əllə seçmək üçün şəbəkə seçimi ilə əlaqədar addımlar yerinə yetirin

Başqa SIM-ləri müvəqqəti olaraq deaktiv edin

Cihazınız bir neçə SIM-i eyni vaxtda aktivləşdirməyə imkan verirsə, eSIM-in qoşulmaq imkanına mənfi təsir edə biləcək bütün digər SIM-ləri müvəqqəti olaraq deaktiv edin.

Bunu cihaz parametrlərinin "SIM kartlar" bölməsindən idarə edə biləsiniz.

Şəbəkə rejimini tənzimləyin

Bəzi hallarda eSIM başqa rejimdə şəbəkəyə daha asanlıqla qoşula bilir. 5G-dən istifadə etməyə çalışırsınızsa, 4G/LTE və ya 3G ilə qoşulmağa cəhd edin.

iOS cihazlarında şəbəkə rejimini tənzimləmək üçün cihaz parametrlərində eSIM-ə daxil olmalı olacaqsınız.

Android cihazlarında şəbəkə rejimini tənzimləmək üçün mobil şəbəkə parametrlərinə keçməli olacaqsınız.

eSIM işləməyə başladıqdan sonra onu istədiyiniz şəbəkə rejiminə keçirməyi sınaya bilərsiniz.

Cihazınızı yenidən başladın

Qalan bütün addımları sınamısınızsa, cihazınızı söndürüb yenidən işə salmağa çalışa bilərsiniz, bəzi hallarda bu cihaz bağlantısını yeniləyir və eSIM-in qoşulmasına icazə verir.

Siqnalın əhatə zonasını yoxlayın

Nasazlığın aradan qaldırılması üçün atılan addımlar kömək etmədikdə, olduğunz zonada siqnal şəbəkəyə qoşulmaq üçünm kifayət qədər güclü olmaya bilər.

Başqa hər hansı sualınız varsa və ya əlavə yardım lazımdırsa, dəstək komandamızla əlaqə saxlayın — 24/7 sizə məmnuniyyətlə yardım etməyə hazırıq.

Əlaqədar suallar

Digər mövzular

Müəllif hüquqları Airalo © 2021
  • x