Samsung Galaxy cihazımın eSIM-ləri dəstəkləyib-dəstəkləmədiyini necə yoxlaya bilərəm?
Bütün Samsung Galaxy cihazlarında eSIM dəstəklənmir. Ona görə yaxşı olar ki, başlamazdan əvvəl cihazınızda eSIM-in dəstəklənib-dəsəklənmədiyini yoxlayasınız. Samsung Galaxy cihazınızda eSIM-lərin dəstləklənib-dəstəklənmədiyini və operator kilidinin olub-olmadığını yoxlamaq üçün bu məqalədəki addımlara əməl edin.
Airalo tətbiqində eSIM quraşdırma təlimatlarını haradan tapa bilərəm?
eSIM-i quraşdırmaq üçün bütün təlimatları aşağıdakı addımları ataraq tapa bilərsiniz.
- Airalo tətbiqini açın.
- eSIM-lərim bölməsinə keçin və eSIM-inizi seçin.
- "eSIM-i istifadə etməyə hazırsınız" bölməsinə keçin
- Quraşdırın və ya paylaşın seçimini edin.
QR-kod istifadə etmək üçün Başqa seçimlərə bax üzərinə toxunun və QR-kodu başqa cihazdan oxudun. Həmçinin QR-kodu paylaşa bilərsiniz.
eSIM-i quraşdırdıqdan sonra quraşdırma təlimatlarını niyə tapa bilmirəm?
Airalo eSIM-in quraşdırıldığını aşkar etdikdə, eSIM quraşdırma təlimatları artıq tətbiqdə görünməyə bilər — əvəzində şəbəkəyə qoşulmaq və eSIM-i istifadə etmək üçün "Necə qoşulmalı" bölməsini görəcəksiniz.
Hər hansı səbəbdən quraşdırma təlimatlarına müraciət etməlisinizsə, sifarişi və ya eSIM-in təmin edildiyini təsdiq edən e-məktuba əlavə edilmiş quraşdırma təlimatları PDF faylına istinad edə bilərsiniz.
eSIM-i Samsung Galaxy cihazına QR kod ilə necə quraşdıra bilərəm?
- Airalo tətbiqini açın
- eSIM-lərim bölməsinə keçin və eSIM-inizi seçin
- QR kodun ekran şəklini çəkin (və ya asanlıqla tapmaq üçün açıq saxlayın)
- Parametrləri açın
- Bağlantılar seçimini edin
- SIM meneceri seçin
- eSIM əlavə et seçimini edin
- "QR kodu oxut" seçimini edin
- Qalereya/Foto piktoqramlarını və QR kod ekran şəklini seçin (və ya mümkün olduqda, kodu birbaşa oxudun)
- Hazırdır və Əlavə et seçin
- eSIM aktivləşənə qədər bir neçə dəqiqə gözləyin
- eSIM-in qurulmasını tamamlamaq üçün göstərilən hər hansı əlavə addıma əməl edin.
Qoşulma təlimatlarını Airalo tətbiqində harada tapa bilərəm?
Onu aşağıdakı yerlərdən birində tapa bilərsiniz:
- eSIM-lərim > eSIM-iniz > Təfərrüatları göstər > eSIM-inizdən istifadə etməyə hazırsınız? > Şəbəkəyə qoşul > Necə qoşulmalı
- VƏ YA eSIM-lərim > eSIM-iniz > Quraşdırma təlimatlarını göstər > Səhifə 2/2
eSIM ilə Samsung Galaxy cihazımı mobil internetə necə qoşa bilərəm?
- Açın: Parametrlər > Bağlantılar
- Əvvəl Mobil interneti, sonra eSIM-inizi seçin
- Zəruri olduqda, Rouminqdə trafiki aktivləşdirin (tətbiqdə eSIM-inizin qoşulma təlimatlarını nəzərdən keçirin)
- Zəruri olarsa, APN parametrlərinizi yeniləyin (həmçinin eSIM-inizin qoşulma təlimatlarında tapa bilərsiniz)
Başqa quraşdırma metoduna üstünlük verirsiniz?
İstifadə edə biləcəyiniz digər quraşdırılma metodları:

