Airalo

Airalo əsas səhifəsinə yönləndirir.

Limitsiz internet planları - Ədalətli istifadə siyasəti

Bu siyasət haqqında. Bu siyasət limitsiz data paketlərimizin necə işlədiyini və onlardan necə istifadə etməli olduğunuzu izah edir. Bu, veb-saytımız, platformamız və tətbiqimiz vasitəsilə təklif olunan bütün limitsiz internet paketlərinə şamil edilir. Bu siyasət Ümumi şərtlərimiz, Xidmətlərimizdən istifadə şərtləri və Məqbul istifadə siyasətimiz ilə birlikdə oxunmalıdır. "Airalo", "biz", "bizim" və ya "bizi" dedikdə, Sinqapurda 6 Raffles Blvd, #03-308 Marina Square, Singapur 039594 ünvanında qeydiyyatdan keçmiş AirGSM Pte Ltd şirkətini nəzərdə tuturuq. Limitsiz internet paketini alaraq və ya aktivləşdirərək, bu siyasətə əməl etməyə razılıq verisiniz.


Limitsiz paketimdən necə istifadə edə bilərəm? Limitsiz internet paketlərimiz kommersiya xarakteri daşımayan şəxsi istifadə üçün nəzərdə tutulub. Paketinizdən veb-səhifələrə baxmaq, yayım, mesajlaşma, videozəng etmək və sosial media kimi gündəlik fəaliyyətlər üçün istifadə edə bilərsiniz. Həmçinin cihazınızdan fərdi qoşulma nöqtəsi kimi istifadə edərək bağlantınızı digər cihazlarla paylaşa bilərsiniz. Modem rejiminə və ya qoşulan cihaz sayına məhdudiyyət qoyulmur.


“Limitsiz” dedikdə nəyi nəzərdə tuturuq? Limitsiz internet paketlərimizdə ümumi internet həcminə hər hansı sabit limit tətbiq edilmir. Lakin şəbəkənin hər kəs üçün ədalətli işləməsini təmin etmək məqsədilə gün ərzində 3 QB-dan çox istifadə etdikdə, həmin günün qalan hissəsi üçün internet sürətinizi 1 Mbit-ə qədər azaldacağıq (və ya “məhdudlaşdıracağıq”). Tam yüksəksürətli bağlantı gündəlik limitiniz növbəti dəfə sıfırlandıqda avtomatik olaraq bərpa olunacaq. Gündəlik limitiniz eSIM-inizi aktivləşdirdiyiniz vaxtdan etibarən hər 24 saatdan bir sıfırlanır.


Standart gündəlik yüksəksürətli data həddi 3 QB-dir. Fərqli həddin tətbiq edildiyi hallarda bu hədd alışdan əvvəl paket təfərrüatlarında aydın göstərilir. Bu siyasətin məqsədləri çərçivəsində “gün” dedikdə, eSIM-inizi aktivləşdirdiyiniz zaman başlayan və paket təfərrüatlarınızda göstərildiyi kimi həmin aktivləşdirmə vaxtından etibarən hər 24 saatdan bir sıfırlanan hər bir 24 saatlıq dövr nəzərdə tutulur.


Limitsiz paketlərimiz şəxsi istifadə üçün nəzərdə tutulub. Onlar avtomatlaşdırılmış sistemlərə, serverlərə və ya başqa maşınlararası əlaqə ssenariləri ilə əlaqədar fasiləsiz, gecə-gündüz istifadə üçün nəzərdə tutulmayıb. Əgər paketin istifadə müddəti ərzində ümumi istifadəniz adi şəxsi istifadə çərçivəsində bir şəxsin əsaslı şəkildə istehlak edə biləcəyi səviyyəni aşarsa, aşağıdakı “Bu siyasətin pozulması” bölməsində göstərildiyi kimi, şəbəkəni qorumaq və sui-istifadənin qarşısını almaq üçün bağlantını dayandıra, məhdudlaşdıra və ya kəsə bilərik.


1 Mbit sürətlə nə edə bilərəm? 1 Mbit sürətlə də mesaj göndərib-ala, sadə veb-səhifələrə baxa, naviqasiya üçün xəritələrdən istifadə edə və daha aşağı keyfiyyətli videozənglər edə bilərsiniz. Video yayımı, oyun oynamaq və ya böyük faylların yüklənməsi kimi çox trafik tələb edən fəaliyyətlər sürətiniz sıfırlanana qədər daha yavaş olacaq.


Aşağıdakıları etməməyi xahiş edirik. Şəbəkəni qorumaq və xidmətimizin bütün istifadəçilər üçün ədalətli qalmasını təmin etmək məqsədilə limitsiz data paketindən aşağıdakı istifadə üsullarına icazə verilmir:

  1. internet bağlantısını üçüncü tərəflərə yenidən satmaq, yenidən yaymaq və ya kommersiya məqsədilə paylaşmaq;
  2. internet bağlantısından insan iştirakı olmadan avtomatik rejimdə və ya “maşından maşına” (M2M) rejimində istifadə, o cümlədən “SIM-ferma”lar, avtomatik nömrə yığma cihazları, kütləvi mesaj göndərişi sistemləri və ya analoji avtomatlaşdırılmış vasitələrin köməyi ilə istifadə;
  3. internet bağlantısından başqa istifadəçilər üçün xidmət keyfiyyətinin ağlabatan dərəcədən artıq pisləşməsinə və ya baza şəbəkəsinin həddindən artıq yüklənməsinə gətirib çıxaracaq qaydada istifadə (məsələn, uzun müddət ərzində yüksək sürətlə çox böyük həcmli faylların fasiləsiz endirilməsi və ya yüklənməsi, eyni səviyyəli (P2P) fayl mübadiləsi tətbiqlərinin istifadəsi, veb-serverin və ya oyun serverinin yerləşdirilməsi);
  4. internet bağlantısından hər hansı qanunsuz məqsəd üçün və ya tətbiq olunan qanunu pozaraq istifadə etmək; və
  5. bu siyasət çərçivəsində tətbiq edilən hər hansı şəbəkə idarəetmə tədbirlərdən yayınmağa və ya onları pozmağa cəhd etmək.

Müəyyən bir istifadənin yuxarıda göstərilənlərə aid olub-olmadığını qərarlaşdırarkən ağlabatan mühakimə yürüdəcəyik.


Şəbəkə idarəetməsi. Paketlərimizi dəstəkləyən şəbəkələr pik istifadə zamanı trafik idarəetməsi tətbiq edə bilər. Bu, yuxarıda təsvir edilən gündəlik 3 QB həddindən əlavə sürət azalmalarına səbəb ola bilər və Airalo-nun birbaşa nəzarətindən kənardır. Airalo bağlantı sürəti, keyfiyyəti və ya mövcudluğu ilə bağlı heç bir zəmanət vermir.


Bu siyasətin pozulması. Limitsiz internet paketindən bu siyasəti pozacaq şəkildə istifadə etdiyinizə inanamağa əsasımız olduqda əvvəlcədən bildiriş vermədən:

  1. paketinizə və Airalo hesabınıza girişi dayandıra və ya məhdudlaşdıra;
  2. paketinizi geri ödəniş etmədən ləğv edə; və ya
  3. şəbəkəni və digər istifadəçiləri qorumaq üçün ağlabatan çərçivədə zəruri hesab etdiyimiz hər hansı başqa tədbiri görə bilərik.

Bu siyasətin pozulması eyni zamanda Məqbul istifadə siyasətimizin və Ümumi şərtlərimizin pozulması sayılır və həmin sənədlər çərçivəsində bizə açıq olan hüquqi müdafiə vasitələri tətbiq olunacaq.


Ümumi müddəalar. Bu siyasəti vaxtaşırı olaraq yeniləyə bilərik. Ümumi şərtlərimizə uyğun olaraq əhəmiyyətli dəyişikliklər barədə sizə bildiriş göndərəcəyik. Dəyişikliklər dərc edildiyi tarixdən qüvvəyə minir və həmin tarixdə və ya sonra satın alınan paketlərə şamil edilir.

Bu siyasət və onunla bağlı yaranan hər hansı mübahisə və ya iddia İngiltərə və Uels qanunlarına uyğun olaraq tənzimlənir və şərh olunur. İngiltərə və Uels məhkəmələri hər hansı mübahisə və ya iddia üzərində müstəsna yurisdiksiyaya malikdir.