Airalo eSIM kartını Samsung Galaxy cihazıma QR kod vasitəsilə necə quraşdıra bilərəm?

Samsung Galaxy cihazımın eSIM-ləri dəstəkləyib-dəstəkləmədiyini necə yoxlaya bilərəm?

Bütün Samsung Galaxy cihazlarında eSIM dəstəklənmir. Ona görə yaxşı olar ki, başlamazdan əvvəlı cihazınızda eSIM-in dəstəklənib-dəsəklənmədiyini yoxlayasınız. Samsung Galaxy cihazınızda eSIM-lərin dəstləklənib-dəstəklənmədiyini və operator kilidinin olub-olmadığını yoxlamaq üçün bu məqalədəki addımlara əməl edin.

QR kod ilə quraşdırma təlimatlarını Airalo tətbiqində harada tapa bilərəm?

Onu aşağıdakı yerlərdən birində tapa bilərsiniz:

  • eSIM-lərim > eSIM-iniz > Təfərrüatları göstər > eSIM-inizdən necə istifadə etməli > eSIM-i necə quraşdırmalı > QR kod ilə
  • VƏ YA eSIM-lərim > eSIM-iniz > Təfərrüatları göstər > Quraşdırma təlimatlarını göstər > QR kod

eSIM-i Samsung Galaxy cihazına QR kod ilə necə quraşdıra bilərəm?

  1. Airalo tətbiqini açın
  2. eSIM-lərim bölməsinə keçin və eSIM-inizi seçin
  3. QR kodun ekran şəklini çəkin (və ya asanlıqla tapmaq üçün açıq saxlayın)
  4. Parametrləri açın
  5. Bağlantılar seçimini edin
  6. SIM meneceri seçin
  7. eSIM əlavə et seçimini edin
  8. "QR kodu oxut" seçimini edin
  9. Qalereya/Foto piktoqramlarını və QR kod ekran şəklini seçin (və ya mümkün olduqda, kodu birbaşa oxudun)
  10. Hazırdır və Əlavə et seçin
  11. eSIM aktivləşənə qədər bir neçə dəqiqə gözləyin

Qoşulma təlimatlarını Airalo tətbiqində harada tapa bilərəm?

Onu aşağıdakı yerlərdən birində tapa bilərsiniz:

  • eSIM-lərim > eSIM-iniz > Təfərrüatları göstər > eSIM-inizdən necə istifadə etməli > Şəbəkəyə qoşul > Necə qoşulmalı
  • VƏ YA eSIM-lərim > eSIM-iniz > Quraşdırma təlimatlarını göstər > Səhifə 2/2

eSIM ilə Samsung Galaxy cihazımı mobil internetə necə qoşa bilərəm?

  1. Açın: Parametrlər > Bağlantılar
  2. Əvvəl Mobil interneti, sonra eSIM-inizi seçin
  3. Zəruri olduqda, Rouminqdə trafiki aktivləşdirin (tətbiqdə eSIM-inizin qoşulma təlimatlarını nəzərdən keçirin)
  4. Zəruri olarsa, APN parametrlərinizi yeniləyin (həmçinin eSIM-inizin qoşulma təlimatlarında tapa bilərsiniz)

Başqa quraşdırma metoduna üstünlük verirsiniz? İstifadə edə biləcəyiniz digər quraşdırılma metodları:

Airalo eSIM kartını Samsung Galaxy cihazıma birbaşa necə quraşdıra bilərəm?

Airalo eSIM kartını Samsung Galaxy cihazıma əl ilə necə quraşdıra bilərəm?

Əlaqədar suallar

Digər mövzular

Müəllif hüquqları Airalo © 2021
  • x